Təxirə salınmış bir sevgi borclusan mənə həyat..!
Təxirə salınmış bir sevgi borclusan mənə həyat.
Heç birzaman qarşı çıxmadım sənə. Ürəkləri köhnəlmiş insanların içində
yaşadığım ağrılar var, və onlar qədər məndə varam. Yaşaya bilmədiyim ağrılarıda
yaşadacaqsan bilirəm zamanı gəldiyində, amma yenə də təkliyimlə yaşayıram səni..
Sənin fərqində olmadan yaratdığın əsərinəm mən. Qarşındayam. Desəmki tərk edib gedirəm səndəki yaşanmışlıqları, əhəmiyyətli hesab edərsənmi görəsən…??
Onsuz da həmişə tərk edilmiş duyğuların kölgəsində yaşanır can ağrısı. İnsan əvvəl
beynində sevir, əvvəl beynində qışqırır sevgi sözlərini, sonra ,
sonrası yoxdu əslində. Hamı həmişə içində tutur bir ömür boyu…
Borclusan mənə həyat. Dənizi mavi olaraq
görmüşdüm ilk dəfə, buludları isə ağ olaraq xatırlayıram.
Hesablaşa bilmədiyim yalnız uşaqlığım qaldı, birdə günahsızca sevən ürəyim və gecənin qaranlığı qaldı. Digər bütün dəyərlər isə getdi həyatımdan. İndi isə heç bir şeyim yoxdu…
Sırf mənə inad olsun deyə bütün yaşatdıqların həmişə şahidsiz,həmişə soyuq,həmişə mənasız söhbətlərdə qaldı. Bütün keçmişimə inad, bütün bu sətirlərə inad, əsla unutdum sanma..
Təxirə salınmış bir sevgi borclusan mənə həyat, yalnız bir damcı sevgi…
YORUMLAR
Henüz yorum yapılmamış.