Sən kimsən?
Sən kimsən? Mənim nəyimsən? Canımmısan, sevgilimmisən, yarımmısan,
həyatımmısan, düşmənimmisən, dostummusan,
sevincimmisən, ağrımmısan, həkimimmisən,
özümmüsən? Nəyimsən? Sən kimsən axı? Sən kimsən? Canımsan deyəsən… Çünki sənsiz yaşaya bilmirəm. Alınmır səndən
ayrı.Və mən sənsiz yoxam sanki… Sevgilimsən deyəsən… Hərgah mən hələ onun nə
olduğunu bilmirəm. Kimdir sevgili görəsən? Çox
sevdiyinmi? Axı mən hər kəsi çox sevirəm. Yox,
deməli, sadəcə sənsən sevgili. Sevgilimsən deyəsən… Yarımsan deyəsən… Çünki sən olmayanda özümü tənha və bomboş
hiss eliyirəm. Yarımçıq oluram sanki. Əlim ayağım
tutmur. Özüm olmuram sanki. Sən tən yarımsan
çünki… Həyatımsan deyəsən… Çünki həyat deyilən şeyi mən səninlə anlamışam.
Yaşamaq səninlə gözəl olub mənə. Həyatı səninlə
dərk etmişəm. Düşmənimsəndeyəsən… Ən böyük düşmənim. Çünki səndən ayrılanda
içimdə olmazın ağrılar başlayır. Canım ağrayır.
Sanki bütün dünya mənə qarğayır. Sanki hər kəs
mənim ölməyimi istəyir. Nəfəsim çatmır,
boğuluram. Yaralayırsan məni hər ayrılıb
getdiyində. Bir sonrakı görüşü gözləyənə qədər canımdan can alırlar sanki. Həyat maraqsız gəlir.
Bütün işlərim boş görünür gözümə. Zəhləm
gedir özümdən… Dostumsan deyəsən… Ən əziz dostum. Çünki öncələr problemlərimi
həll etmək üçün dostlarım var idi, hər dərdimi
onlara deyirdim. Dostlarım həyatım idi, onlar
üçün canımı verərdim. Amma indi… Sanki bir tək
sən onların hamısını əvəz etmisən… Sanki bir tək
sən varsan… Onları da sevirəm, amma səninlə… Artıq onlar da səninlə dəyərlidir. Artıq onlarda
da səni axtarıram. Onlarda da sən varsan. Artıq
hər şeyimi ilk öncə səninlə paylaşıram. Onları
da… Səni isə onlarla paylaşa bilmirəm. Sevincimsən deyəsən… Həm də həyat sevincim. Sən olanda hər şey
gözəldir mənə. Sən olanda ən maraqsız da
maraqlıdır gözümdə. Sevincimsən mənim. Yaşam
sevincim… Ağrımsan deyəsən… Acısından başımı divarlara vurduğum
ağrım. Bəzən sənsizlik elə acı olur ki, bütün
vücudum ağrayır, bilmirəm ki, ağrıdan özümü
hara çırpım. Sənsiz ağrayıram… Elə bil doğrayırlar
bütün vücudumu, yarırlar bədənimi. Canım
ağrayır sənsiz. Ağrımsan mənim. Ağrayıram sənsiz… Həkimimsəndeyəsən… Çünki ağrılardan qovrulanda bir tək səsini
eşitmək yetir mənə. Bir tək aşiq olduğum surətini
görmək yetir ağrılarımın keçməsi üçün. Bir tək
“Səni sevirəm” deyişin milyonlarla dərmana
dəyər. Bir dəfə sarılman, bir dəfə öpmən, bütün
yaralarıma məlhəm olur sanki. Həkimimsən mənim. Ən gözəl həkimim… Özümsəndeyəsən… Çünki sənin canın ağrayanda sanki canımı
yarırlar. Sanki parçalanıram. Mən də ağrayıram,
doğranıram. Sən ac qalanda nə qədər tox olsam
da acından ürəyim gedir, əlim ayağım əsir. Sən
tox olanda isə günlərlə yemək yeməsəm sanki
indi yemiş kimi tox oluram. Sən əsəbləşəndə yanımda olan hamını incidirəm, hamını
dalayıram. Sən sevinəndə hamını qucaqlayıb
öpürəm, hamı əzizim olur onda. Çünki sən
özümsən… Mənim özüm. Elə mən… Sən səndə
sevidiyim mənsən. Özümsən… Sən həqiqətən kimsən? Nəyimsən? Həqiqətən mənimmisən?
YORUMLAR
Henüz yorum yapılmamış.