Dost kimi……..
Dönsən səninlə dost kimi görüşməyəcəm.Elə belə dost kimi sıxacam əlini dost kimi, xatırlamayacağam heç nəyi, keçmişdən söz açmayacağam. Söylədiyin kəlmələri,həyatıma vurduğun zərbələri xatırlamayacağam.Hal əhval tutacağam həyatından, işlərindən,ögey adi nədən danışa bilər.İllərin düşmanı,həm doğması, həm yadı.Sevgini
paylaşmışıq,nifrəti paylaşmışıq, daha bir şey
qalmayıb. Bu gün son görüş olacaq,sakit,soyuq, həvəssiz.Öyrəşmişik artıq, sən sevgisiz mən sevgisiz.Öyrəsmişik artıq biz ürəyin üşüyəcək soyuq kəlmələrindən,Baxışların nigaran sevgi axtaracaqsan.Hüzünlü gözlərində ya da sevgidən Hərşey keçmişdə qaldı hər şey,Qəlbimin dəftərindən adını silmişəm, şətin yazım bir də mən.Göydən fələk gəlsə də.Adiləşmisən,gülüm,belə deyildin onda.gözümə
görünürdün buludların qoynunda.Adiləşmisən gülüm,sən kiçik bir toz idin dağ görürdüm mən səni vüqarlı bir dağ ikən.Nahaq qayıtmısan sən dönərək dünəninə nə axtarırsan indi?Bürünüb hüzünlərə saçlarının ağ dəni, mən əvvəlki deyiləm sən öldürmüsən məni.Yıxmısan, sürümüsən,Tanrı yenə qaldırıb məni.Mən tanrının oğluyam.Nahaq dönmüsən
nahaq.Onsuzda bu sevdanın sonundan
narazıyam.Peşmansanmı,etdiyin əməllərin sıxırmı daş qəlbini?Bilmirəm bunu gülüm.Bir onu bilirəm ki xatirələr içində sənli xatirələrə bir də çətin ilişəm.Nədir sənin gileyin?Mən ucaltmışdım səni, özüm də kiçiltmişəm!!!
YORUMLAR
Henüz yorum yapılmamış.