Darixirsan…..
Bəzilər gedir.. Bəziləri öyrəşməyə çalışır .. Həyatdı.. Çox bir şey qalmır geriyə. Oturub saatlarca ağlamağına səbəb olan şeylər, bir müddət sonra sadəcə gözlərinin dolmasına səbəb ola bilər..
Küçədə yanından keçən birinin ətri.. Başqasının səsini ona bənzətmək.. Onunla dinlədiyiniz mahnılar. Bərabər getdiyiniz yerlər. Hətta sadəcə adını eşitmək .. ” Unutdum. ” deyirsən artıq ətrafındakılara deyilmi?
Sən kimi aldadırsan? O qədər asanddı unutmaq ? Hər Unutdum cümləsinin altında ” Gəl artıq çox darıxdım “cümləsi vardır deyilmi? Bütün gücünlə qışqırmaq istəyirsən. Olmur ama.. Səsin çıxmır. O başqa qollarda dinclik tapmışkən sən onun sevinciylə kifayətlənməyə çαlışırsan. Əlindən bu gəlir sadəcə. Sonra bilmədən bir başqa dünya yaradırsan özünə.Xəyallarını gizlətmək məcburiyyətində qalmadığın.. Hər gecə onu düsünerek yuxuya getdiyin, hər sabah onunla oyandığın bir
dünya qurursan özünə. Və onu başqasıyla
gördüyün, eşitdiyin hər saniyə dünyan başına
yıxılır.Əsla bezmirsən deyilmi? həmişə
yenidən,yorulmadan təkrar yaradırsan dünyanızı. Və hələ də dönəcəyi günü gözləyirsən deyilmi? Eləmə.
Yaralama özünü daha çox. Öz əllərinlə yıx son dəfə o dünyayı. Bu dəfə onun üçün nə qədər darıxdığını deyil də nə qədər güclü olduğunu qışqır gerçək dünyaya. Bacarmırsan deyilmi? Sadəcə darıxırsan…….
YORUMLAR
Henüz yorum yapılmamış.