- 1225 Okunma
- 1 Yorum
- 0 Beğeni
Azərbaycanın əməkdar artisti İlqar Cahangirovla müsahibə
İlqar Cahangir: ” Mən, maaş alırıq deyə səhnəyə çıxmağın və nə gəldi oynamağın əleyhinəyəm”
-Necə ildir Gənc Tamaşaçılar Teatrında işləyirsiniz? Ümumilikdə teatr aləmində sizi nə qane etmir?
-Əvvəl Bakı Kamera Teatrında işləyirdim. 4 ildir ki, Gənc Tamaşaçılar Teatrında dəvət olunmuşam. Teatrımız təzə təmirdən çıxıb, şərait yaxşıdır. Amma bilirsiz, sovet dövründə öz fəaliyyət, xalq və dövlət teatrları var idi. Öz fəaliyyətdən teatrlarından istedadları ilə seçilən aktyorlar xalq teatrlarına gəlirdilər. Orda da yetişən, peşəkarlaşan aktyorlar dövlət teatrlarına dəvət olunurdular. İndi nə öz fəaliyyət, nə də xalq teatrları olmadığına görə hamısı dövlət teatrlarına yığılıb. Peşəkarla qeyri-peşəkarı seçmək olmur. Düzdür tamaşaçını aldatmaq olmur, o əsl istedadı seçə bilir. Amma buna baxmayaraq fikrimcə yenə də peşəkarlar qeyri-peşəkarların içində əriyib yox olur. Bu mənə pis təsir edir. Mən maaş alırıq deyə səhnəyə çıxmağın və nə gəldi oynamağın əleyhinəyəm. Bəzən mənə dostlarım deyirlər ki, sən bu qədər adamla bacara bilməyəcəksən. Kimə nə deyəsən? Həm də deyirlər hamı çörəyin qazanır, niyə kiminsə çörəyinə bais olaq? Dövlət teatrında peşəkar aktyorlar işləməlidir. Əks halda tamaşa uğurlu alınmaz.
-Teatr intiriqalar aləmidi. Olub ki, teatrdan baş götürüb getmək istəmisiniz?
-Mən iki dəfə teatrdan getmişəm. Amma məhz maddiyata görə. Baxmayaraq ki, işimiz yaxşı gedirdi. Teatrda peşəkar heyət çalışırdı. Əsərləri sərbəst seçirdik. Kimlərinsə diktəsi ilə tamaşalar qoyulmurdu. Maddiyata görə getdimsə də, müqavilə əsasında verilən rolu oynayırdım.
-Azərbaycanda aktyor sənətini seçmək könüllü kasıb yaşamağı seçmək deməkdi. Xarici ölkəyə gedib, orada karyera qurmağı fikirləşmisiz?
-Olub. 1996-cı ildə iki dəfə Türkiyəyə dəvət ediblər. Bir neçə ay da qalmışam. Orda mənim üçün bütün şərait yaradılmışdı.
-Bəs niyə orada qalıb işləmədiniz?
-O vaxt mən təzə ailə qurmuşdum. Ailəmin burda, mənim orda işləməyim çətin olardı. Bəlkə də bacarmadım. Bəlkə də....
-Kimi deyir tamaşaçı ona görə teatra gəlmir ki, səviyyəli tamaşalar qoyulmur, kimi də deyir madiyyata görə. Siz necə fikirləşirsiniz?
-Müasir dövrdə bizim tamaşalara ya tələbələr gəlir, ya da teatr həvəskarları. İnsanları qınamaq olmur. Elə ziyalı ailələr var ki, sənətin nə demək olduğunu yaxşı bilirlər. Ancaq maddi durum imkan vermir teatra gəlməyə. Həm də hesab edirəm ki, yaxşı tamaşaya insanlar biganə qala bilməz.
-Bir neçə filmdə, serialda çəkilmisiniz. Fikrinizdə elə xarakter var istəyirsiniz ki, ssenari yazılsın və siz də oynayasınız?
- Tamaşaçıların dediyinə görə teatrda izimi qoysam da, hesab edirəm k, kinoda öz sözünü hələ deməmiş aktyorlardanam. Tarixi şəxsiyyətlərimizdən filmlər çəkilsə böyük məmnuniyyətlə oynamaq istərdim. Azərbaycanın tarixində çox önəmli hadisələr baş verib. Bunların hamısını çəkmək lazımdır. Azərbaycanda səviyyəli film çəkmək üçün mənəvi azadlıq yoxdu.
hələ Qarabağ hadisləriylə bağlı hələ bir dənə də səviyyəli film çəkilməyib.
-Hazırda təzə serialın çəkilişləri gedir...
-Hə, rejissoru Rövşən İsa olan “Pərvanələrin rəqsi” adlı serialda çəkilirəm. Bizdə seriallar sevilir, daha çox baxılır. Hələ 11 seriya çəkilib, 20 ildə bu qədər tanınmamışdım. Baxanlar çox bəyəndiyini deyirlər. Azərbaycanda belə səviyyəli bir işin ərsəyə gəlməsinə sevinirlər. Bilirsiz, bizim ölkədə on filmdən doqquzunda qeyri-peşəkarlar işləyir. Tamaşaçı da bunları görür. Əgər film, tamaşa seyirçinin hisslərinə toxunmursa, onu həyəcanlandırmırsa deməli heç nə alınmayıb.
-Məhşurlardan biri deyib ki, zaman və məkanla məhdudlaşan insan heç vaxt azad ola bilməz. Ancaq Ezop uçurumun kənarında belə deyir: “Mən azadam, azad”. Siz azadsınız?
-Hə, Ezop azad idi. Mənsə yaradıcı insan kimi azad deyiləm. İnsan yalnız öləndən sonra azad ola bilər.
-Ezop rolu sizin ifanızda çox sevilir. Həyatın hansı məqamlarında Ezop ola bilmirsiniz?
-Həyat şirindir. (gülümsünür) Ezop kimi yaşamaq isə çətindir. Əgər bir nəfər azadlıq uğrunda ölürsə iki, üç nəfər dirilir. Bu gün gənclər qorxmadan öz sözlərini deyirlər, yazırlar. 10-15 il bundan əvvəl belə deyildi.
Bilirsiz, qələm o vaxt güc gələr ki, ağıllı bir adamın əlində olsun. Ezop da bunu bilirdi. Bilirdi ki, Ksantla getsə azadlığa qovuşa biləcək. Nə qədər pis filosof olsa da 2,3 kitab oxuyub.
-Bu gün sizi nə narahat edir?
-Mən insan kimi yaşamaq, yaratmaq, işləmək isətyirəm. Maddi problemləri düşünmək istəmirəm. Elə insanın da heyvandan fərqi bundadır. Danışanda da bəzən qınayırlar. Bütün yaradılan bağ-bağça, fəvvarələr, gözəlliklər bir uşağın göz yaşına dəyməz. Artıq 20-25 il tanıdığım həmkarlarım, dostlarım mənimlə ehtiyat edirlər. Son vaxtlar özümü tək hiss edirəm.
-Rollarınızdan ən çox İlqar Cahangirova bənzəyən hansıdır?
-Qarabağ əlilinin müharibədən sora taleyindən bəhs edən “İtən vaxt” adlı monotamaşam var. Fikrimcə o rolda daha çox mən varam.
YORUMLAR
Azerbaycan Devlet Milli Akademik Tiyatrosundan değerli yönetmen Mehriban Elekperzade’yle İstanbul Mekan Tiyatro festivalinde tanışmıştım. Ayrıca oyuncular Şüküfe Yusifova, Sabir Mehmetov, Yaşar Nuri, Saida Güleyieva, Metanet Atakişiyeva ile sohbetlerimiz oldu.
Büyük dağlara büyük kuşlar konar ve tepelerinde yuvalanırlar.
büyük kültürlerin de büyük sanatçılar yetiştirmesi gayet olağandır.
Selam ve saygı ile.