Hatalarımı düzelten kimse uşağım bile olsa efendim olur. -- goethe
Seyraqif Coculu
Seyraqif Coculu
@seyraqifcoculu

Borçalıda Bayramlar 1960-90-cı yıllarda

16 Aralık 2012 Pazar
Yorum

Borçalıda Bayramlar 1960-90-cı yıllarda

2

Yorum

0

Beğeni

0,0

Puan

1114

Okunma

Borçalıda Bayramlar 1960-90-cı yıllarda

Orucluq bayramı – müsəlman təqviminə görə doqquzuncu ay Ramazan ayının birindən başlayaraq 30 gün davam edir. Ramazan ayında oruc tutmaq hər bir dindarın borcudur. Bütün gün ərzində yemək, içmək və əylənmək qadağandır.
Mən Şindilər kəndində orucluq bayramını necə keçirirdilər, eləcə də şərh edirəm:
- Şindilər kəndində orucu adətən dindarlar və yaşlı adamlar tuturdular. Ramazan ayının başlanması elan edilirdi və orucluq başlayırdı. Oruc tutanlar səhər tezdən gün çıxmamış dururlar və ilkindi namazını qılaraq yastılıq yeyirdilər. Gün çıxmamış yeyilən yeməyə yastılıq yeməyi deyilirdi. Bu yeyilən yeməyin kalorisi çox olmalı idi. Gün batana kimi yemək yemirdilər. Beş dəfə namaz qılardılar. Gün batandan sonra axşam namazını qılaraq oruclarını açırdılar. Oruclarını şirin nemətlərlə açardılar. Sonra süfrə açılır və mümkün olan nemətlərdən yeyərdilər. Bu hal 30 gün davam edirdi.
Ay ərzində bəzən uşaqlar valideynləri və nənə-babalarının yerinə oruc tuturdular. Onun əvəzində onlara hədiyyələr verirdilər.
Ramazan ayının 27-ci günü Leyli-Qədr gecəsi keçirilirdi. Axşam namazı qılınaraq oruclar açılardı. Leyli-Qədr gecəsi əhdi olan bir adamın evində keçirilərdi. Xüsusən bura arvadlar yığılardılar. Sonra böyük süfrə açılardı. Buraya oruc tutmayanlar da dəvət olunardı. Səhərə qədər yeyib-içərdilər. Bu gecə ölülərə Quran oxunardı. Əhdi olanlara dualar verilər, bəziləri də yeni əhd edərdilər. Səhərisi yenə oruclarını davam etdirərdilər.
30 gün bitdikdən sonra, Şəvval ayının birində sübh namazı qılınaraq bayram günü elan edilərdi. Bayram 3 gün davam edərdi. Adamlar küçələrə çıxar və biri-birini təbrik edərdilər. Böyükdən kiçiyə kimi hamı bir-birinə Oruc bayramın mübarək deyərdi. Qəbirüs¬tə gedilərək ölülər yad edilərdi. Hər evdə böyük süfrə açılardı. Nə yaxşı nemət varsa hamısından bişirilərdi. Əvvəlcə düzəldilmiş şərbət içilərdi, sonra yemək yeyilərdi. Beləliklə Oruc bayramı başa vurulardı. Orucluq ayının axırında hər evdən fitrə çıxılaraq kasıblara verilərdi. Fitrə hər adam başına hesablanaraq. Orucluğun axırına yaxın evdən kənara çıxılaraq bir yerə qoyulurdu. Bayramdan sonra fitrə ən kasıb, əlil bir adama verilərdi. Fitrə adətən pul şəklində verilərdi. Hər adam başına bir kq buğdanın dəyəri həcmində pul çıxılardı. Fitrə çıxılma kiçik bir bayram kimi qeyd edilərdi. Bütün dini bayramlar, dini mərasimlər müsəlman təqvimi, Hicri-Qəməri təqvimi ilə keçirildiyinə görə Hicri təqvimi ilə oxucuları tanış etmək istəyirəm.
Hicri təqvimi – Hicrətdən başlanan müsəlman təqvimidir.
Hicrət – Məhəmməd Peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin senyabrında Məkkədən Yasrib (Mədinə) şəhərinə köçməsi günüdür. Bu gün Xəlifə Ömər tərəfindən (634-644) Hicri ili müsəlman təqviminin başlanması elan edilmişdir.
İlk dəfə bir ayın 29,5 gün olduğunu Babillər müəyyən¬ləş¬dir¬mişlər. Hicri təqvimi də buna əsaslanaraq tərtib edilmişdir. Onlar bə¬zi ayları 30 gün, bəzilərini isə 29 gün götürmüşlər.
Yerin günəş ətrafında fırlanma dövrü 365 gün 5 saat 48 dəqiqə 46 saniyədir.
Babillər Qəmər (Ay) təqviminə əsasən ilin uzunluğunu 354 gün hesablamışlar.
Hicri təqvimi, Miladi təqvimindən 10 gün qısa hesablanmışdır. Ona görə də Hicri təqviminə əsasən aylar ilin fəsillərinə görə yerini dəyişir. Buna görə də bayramlar da hər il 10 gün qabağa gəlir.
Hicri təqvimində aylar aşağıdakı kimidir:
1. Məhərrəm (ərəbcə – haram edilmiş) – 30 gün.
2. Səfər (ər. – sarı ay) – 29 gün.
3. Rəbiüləvvəl (ər. - yaz) – 30 gün.
4. Rəbiülaxır – 29 gün.
5. Cəmadiyüləvvəl (Cəmədə soyuma) – 30 gün.
6. Cəmadiyülaxır – 29 gün.
7. Rəcəb (ər. – hücumdan özünü saxla) – 30 gün.
8. Şəban (ər. - getmə) – 29 gün.
9. Ramazan – 30 gün.
10. Şəvval (ər. – qaldır apar) – 29 gün.
11. Zilqədə (ər. – evdə otur) – 30 gün.
12. Zilhiccə (ər. – hicc ayı) – 29 və ya 30 gün.
Hicri tarixini - Miladi və Miladi tarixini – Hicri tarixinə çevirmək üçün aşağıdakı disturdan istifadə edilir:
,H= M - 622 + M - 622/32 M= H - H/32 + 622
Burada 32 rəqəmi haradan götürülüb 32x10=320+bir ay=350 gün
Yəni hər 32 ildən bir Hicri tarixinə əsasən ilin eyni fəslinin eyni vaxtına düşür.
2003-cü ili Hicri tarixi ilə hesablayaq.
H= 2003-622 + 2003 - 622/32 = 1341 + 43 = 1424
Deməli bu il Hicri tarixi ilə 1424-cü ildir.
Şindilərdə keçirilən bayramlardan biri də dini bayram – Qurban bayramıdır.
Qurban bayramı – müsəlmanların əsas bayramıdır. Zilhiccə ayının 10-da başlanır və 3-4 gün davam edir. Qurban bayramı hər il Məkkəyə ziyarət mərasiminin başa çatdığı vaxta düşür. Bayram günü Mina vadisində ziyarətçilər İbrahim Peyğəmbərin öz oğlu İsmayılı Allaha qurban verməyə hazır olduğunu xatırlayaraq heyvan kəsirlər. Əti yoxsullara paylayır, bir hissəsini də bayram süfrəsi üçün ayırırlar.
Şindilərdə Qurban bayramı necə keçirilirdi. Qurban bayramına əsasən Oruc bayramından sonra hazırlıq görülürdü. Bir ay qabaqcadan bir erkək toğlu alınaraq bəslənərdi. Bizdə ona bordama deyilirdi. Heyvanın yaxşı buynuzu olmalı idi. Onun buynuzuna qırmızı lent bağlanırdı. Hər gün heyvana yaxşı yeməklər verilərdi. Heyvanın diri çəkisi 60-70kq olardı.
Qurban bayramı günü kəndin mollaları səhər tezdən sübh na¬mazına toplanardılar. Namazı qıldıqdan sonra kəndin məhəllələri mollalar arasında bölünərdi. Qurbanı bizdə ancaq mollalar kəsəndə qəbul olunan sayılardı. Mollalar kəndə düşərdilər. Hamının qurbanlığı həyətdə hazır vəziyyətdə olardı. Mollalar isə onları bir-bir kəsərdilər. Əvəzində hər qurbanlıq üçün mollaya iki manat pul verərdilər. Kəsilən heyvanın qanından alnımıza xal qoyardıq. Hamı bir-birinə qurbanlıq ətindən pay verərdi. Xüsusən imkanı olmayan adam¬lara qurban ətindən paylanardı. İmkanı olmayanın, borcla alınan qurbanlığı günah sayılardı. Bayram mərasimində ölənlərin məzarlarına ziyarətə gedilərdi. Adamlar bu günü yaxşı libaslar geyərdilər. Dostlar, qohumlar bir-birinə qonaq gedərdilər. Övladlar valideynlərin hüzuruna gələrdilər. Xoş əhval-ruhiyyə ilə mərasim başa vurulardı.

Paylaş
(c) Bu yazının her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Yazının izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Yazıyı Değerlendirin
 
Borçalıda bayramlar 1960-90-cı yıllarda Yazısına Yorum Yap
Okuduğunuz Borçalıda bayramlar 1960-90-cı yıllarda yazı ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Borçalıda Bayramlar 1960-90-cı yıllarda yazısına yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
yakuphan kılınç
yakuphan kılınç, @yakuphankilinc
27.12.2012 23:35:44
Bir çok yerde harf hataları var.
Bu yüzden okuma zorluğu çektim.
Düzenli yazarsanız okurken keyif alırız.
Yine de güzeldi gönlünüze sağlık.
Saygılarımla
yok,sul
yok,sul, @yok-sul
16.12.2012 16:49:21
ne güzel anlatmışsınız değerli dostum

gönlüne kalemine sağlık
saygılar hürmetle4rimle

hoşcakalınız
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.