- 1075 Okunma
- 0 Yorum
- 0 Beğeni
21 ARALIK:HƏQİQƏTLƏR,EHTİMALLAR,ŞAYƏLƏR
21 ARALIK-HƏQİQƏTLƏR,EHTİMALLAR,ŞAYƏLƏR
Bəşəriyyət 21 aralığın zaman civarında məşhur olmayan bir kahinin dünyanı dolaşan xəbərdarlığından nisbi vahimə,təlaş içində ,ümumən gərgin durumda bəkləməkdədir.
Əcaba,insanın psixoloji durumunda təbəddülatlar yarada bilən bu cür qorxu və təlaşlara səbəb olacaq nə isə adi olmayan,bəşəriyyəti sarsıdan ,bəlkə də toplumsal fəlakətə yol açacaq bir olayın baş verməsi həqiqətmi,ehtimalmı,yainki şayəmi?
21 aralıkda dünyanın dağılması ilə bağlı insanlarda yaranan qənaət,əslində heç bir dini və elmi təsdiqlərə əsaslanmır.Əvvəla,kahinin xəbərdarlığı da məhz dünyanın insanla bağlı sonunun çatması deyil,absolyut,yəni mütləq zülmətin baş verəcəyi və bu səbəbdən insanların psixoloji durumunda porxu,təlaş və digər daha kəskin ruhi sarsıntılarla müşayət oluna bilən hadisələrin xeyli təlafata səbəb olacağı göstərilir.
Düşuncələrimizin axarını öncə mütləq zülmət anlayışının elmi nöqteyi-nəzərdən izahına yönəldək və bu izahı fizik-astronomik qanunlar açısından əsaslandıraq.
Biz hələlik doqquz planetdən-gəzəyəndən biri olan Yerin sakinləriyik,Yer isə Günəş sisteminə daxil olan gəzəyəndir.Yerin işıqlanması bilavasitə Günəşdən gələn işıq selinin-elektomaqnetik dalğaların intensiv daşınmasının işığın düz xətt boyunca,həmçinin difraksiya qaydalarına uyğun yayılması prinsiplərinə dayanaraq təmin olunur.
Bəzən Yer səthində lokal güntutulmaları baş verir,bu sadəcə Ayın ağirlıq mərkəzinin Günəş və Yerin ağırlıq mərkəzlərini birləşdirən xəyali düz xəttin daxili oblastına düşməsi zamanı mümkün olur ki,bu həmçinin işığın korpuskulyar olaraq düz xətt boyunca yayılması qanununun təzahürlərindən başqa bir şey deyildir.Amma,difraksiya olunmuş,habelə birbaşa axan dalğa seli Yer üzərində işıqlanma prosesini təmin edir.Əgər Ay ilə Yer arasındakı məsafə heç olmazsa Merkuri nisbətində olsaydı,praktiki olaraq bu güntutulmaları baş verməzdi.Qeyd edək ki,Ayla bağlı güntutulmaları tədrici xarakterə malikdir,çunki zaman faktoru bu təbii proseslərin ardıcıllığının əlamətidir-Günəş tədricən tutulmağa başlayır və bu tədricilik onun tam açılmasına kimi davam edir.
Mütləq zülmətin baş verməsini Günəş sisteminə daxil olan gəzəyənlərin bir düz xətt boyunca orbital düzülməsi-xüsusi konfiqurasiya halı ilə izah etmək istəsək,elmi olmayan nəticələrə gəlib çıxa bilərik.Əslində bu konfiqurasiya zamanı Yer ilə Günəş arasında cəmi iki gəzəyən-Merkurı və Venera yerləşmiş olacaq ki,onların da diametral ölçüləri Yerə nisbətdə uyğun olaraq 0,38 və 0,96-ya bərabərdir.Yerdən olan məsafələri isə 82-217 mln.km və 39-260 mln.km tərtibindədir.Ay ilə Yer arasındakı məsafə isə cəmi 384 000 km qədərindədir.
Deməli,gəzəyənlərin istənilən konfiqurasiyaları zamanı mütləq zülmətin baş verməsi mümkün deyildir,əgər azacıq tutqunluq olsa belə,bu 21 aralıkdan bir neçə Yer günü öncə özünü büruzə verməli olardı.Digər tərəfdən bu xüsusi halın ulduzların görüntüsünə heç bir dəxli yoxdur.Çünki,Günəş sistemi Kainatın qalaktikalarına daxil olan xeyli sayda sistemlərdən biridir və bütün hallarda atmosferin aşağı qatlarında buludların olmadığı səma oblastında bu ulduzlar sayrışmaqda davam edəcəklər.
***
DAVAMI VAR
YORUMLAR
Henüz yorum yapılmamış.