- 3276 Okunma
- 1 Yorum
- 0 Beğeni
GÖYTÜRK İMPERATORLUĞU
GÖYTÜRK İMPERATORLUĞU
552-ci ildə təməli qoyulan və sürətlə inkişaf etməkdə olan Göytürk imperatorluğu yarandı. Bu imperatorluğu quranlar Aşina soyundan olmasına baxmayaraq dövlətin adını tayfa ilə bağlama¬dılar. Türk soyundan olduqlarına görə məhz tarixdə ilk dəfə olaraq millətin adı ilə anılan «Göytürk» xaqanlığını qurdular. Böyük Hun imperiyası dağıldıqdan sonra, hunlara bağlı olan bu tayfa Avarların (jujanların) təsiri altına düşdü və onlara federativ şəkildə bağlı oldular. Avarlar da türk soyundan olan başqa bir tayfa idilər.
«Göytürk» sözünün mənası və açıqlanması belədir –Göy kəlməsi həm göy, səma, həm Tanrı(Göy Tanrı), həm də rəng mənasındadır. Türk kəlməsinin əsl mənası isə qüvvətli, güclü və uca olan deməkdir.
Göytürk xaqanlığı haqqında bizə məlumatlar «Orxon- Yenisey» abidələri vasitəsi ilə gəlib çatmışdır. Göytürklərin dili ilə desək, bu abidələr bəngüdaşlar adlandırılmışdır. Bu bəngüdaşların bir çoxu bizim zəmanəmizə qədər gəlib çatmışdır. Bu abidələrin üstündəki yazılar millətin əsl adının Türk olaraq işləndiyi ilk mətndir. Bu abidədəki yazılar Türk ədəbiyyatının şah əsəri olaraq sayılır, öyrənilir və sayılmaqdadır. Çox şübhəsiz ki, bundan da əvvəllər türkcə yazılar olmuşdur. Ancaq bu səviyyədə aydın, anlaşılan əsərlər yaradılmamışdır. Bu abidələrin hər biri canlı əsərdir.
Bu abidələrdə türk dünyasının keçmişi, türk dövlətinin necə formalaşması, mədəniyyəti, hərbi formalaşmaları, millətsevərliyi göstərilmişdir. Bu abidələrin üzərində xaqanların türk millətinə hesabatı verilmişdir. Eyni zamanda gələcəkdə necə yaşamaları üçün doğru yollar göstərilmişdir.
Türk bəngüdaşları türk xalqlarına məxsus və VII-XI əsrlərdə işlənmiş qədimi abidələrdir.
Orxan-Yenisey əlifbası ilə daş, bəzək və məişət əşyaları, kağız və s. üzərində yazılmış bu abidələr haqqında məlumatı1692- ci ildə Holland səyyahı N.Vidzen vermişdir. Əvvəllər səhv olaraq bu yazıların qədim yunanlara, qotlara, keltlərə, skiflərə, slavyanlara aid olması haqqında düşünürdülər. Abidələrin öyrənilməsinə 19-cu əsrdən başlamışlar. İlk dəfə 1892-ci ildə V. Tomsen abidənin əlifbasını açmışdır. V.Radlov isə 1894-cü ildə abidələrin mətnini oxumuş və alman dilinə tərcümə etmişdir.
Tapıldığı əraziyə görə Orxon-Yenisey abidələri yeddi qrupa ayrılır:
– Şimali Monqolustan (yəni Orxon)
– Yenisey (Yenisey çayı sahilləri)
– Lena–Baykal (Baykal gölü ətrafları)
– Altay (Altay dağlarına yaxın yerlər)
– Qərbi Türküstan (Orta Asiya)
– Şərqi Türküstan (Uyqurların ərazisi)
– Şərqi Avropa (Volqa boyu, Xəzər hövzəsi)
Tədqiqatlar nəticəsində bu yazılı abidələrin qədim kurikan, qırğız, oğuz, Şərqi türk, Qərbi Türk, uyqur, xəzərlərə və peçenenqlərə məxsus olduğu sübüt edilmişdir.
Orxon-Yenisey abidələri janrına görə aşağıdakı qruplara bö¬lü¬nür:
– Tarixi-bioqrafik daşüstü yazılar (Monqolustanda tapılan abidələr).
– Hüquqi sənətləri, dini-sehrkarlıq (Şərqi Türküstan).
Göytürk bəngüdaşları 13 dənədir. Bunların ən məşhurları baş vəzir Tonyukuq, Kül Təqin və Bilgə xaqan üçün olanlardır. Kül Təqin abidəsi:– dövrümüzə gəlib çatmış qədim Orxon–Yenisey abidələrinin ən böyüyüdür. Kül Təqin abidəsini 1889-cu ildə rus tədqiqatçısı N.M.Yadrintsev Tola çayının Orxon çayına töküldüyü yerdə tapmışdır. Abidə Eltəriş xaqanın kiçik oğlu Bilğə xaqanın qardaşı, məşhur türk sərkərdəsi Kül Təqinin (685-731) şərəfinə qoyulmuşdur. Daş stela formasında olan abidənin 2 enli və bir dar üzü qədim türk dəlində (Orxon-Yenisey yazısı ilə) bir enli və bir dar üzündə isə Çin dilində (heroqliflərlə) yazılmışdır. Abidənin hündürlüyü 375 santimetrdir. Eni isə 132 və 122, qalınlığı isə 46 və 44 santimetrdir. Sözlər yuxarıdan aşağıya, cədvəldən çıxmış kimi çox səliqəli, sağdan sola doğru yazılmışdır. Sətirlərin uzunluğu 235 santimetrdir.
Bilğə xaqanın bəngüdaşı Kül Təqin abidəsindən bir kilometr aralıda tapılmışdır. Bu abidənin üzərində yazılan sözlər Kül Təqindəki ilə eynidir və əlavələr edilmişdir. Çünki Kül Təqinin abidəsindəki sözlər Bilğə xaqanın dilindən çıxmış sözlərdir.
Bilğə xaqan 734-cü il, Noyabr ayının 25-də, vaxtıyla vəzifəsindən uzaqlaşdırılan Buyruq Cor adlı bir nazir tərəfindən zəhərlənərək öldürülmüşdür. Öldüyü vaxt əlli yaşında idi. Onun üçün tikilən abidədəki yazıları yazdıran oğlu vəlihəd Yolliq Teqindir. Qəbrin tikilməsi və kitabələrin yazılması neçə aylarla sürdüyü üçün rəsmi matəm 735-ci ildə 22 iyunda olmuşdur. Çox ölkə¬lərdən təmsilçilər gəlmişdir.
Bu yazılar əski türk əlifbası ilə yazılmışdır. Qədim türk əlifbasının istifadə edilməsini elm 5-10-cu əsrlərə aid edirdi. 1970-ci ildə Esik Kurqanında bir məzarda tapılan «Altun geyimli» adamın qəbrindən çıxan bir gümüş təbəqə üzərində yazılan yazıda qədim türk yazısı idi. Bu yazı qədim türk yazısının Göy türklərdən min il əvvəllər işləndiyini sübut etdi. Alimlər sübut edir ki, qədim türk əlifbası türk dili üçün ərəb əlifbasından daha mükəmməl hesab olunur.
552-ci ildə, Böyük Hun imperatorluğu dağıldıqdan sonra, türklər tarixdə ikinci dəfə nəhəng «Göytürk» imperatorluğunu qurdular. Bu imperatorluq Bumin xaqan başda olmaqla qurulmuşdur. Bumin xaqan dövləti qurduğu ildə də öldü.
Mukan xaqanın öldüyü zaman dövlətin sərhədləri 10,5 milyon kvadrat kilometrə çatmışdır.
«Göytürk» xaqanlığının paytaxtı Baykal gölünün cənubunda, indiki Şimali Monqolustanda, Orxon çayı vadisində, Koco Saydam gölü yaxınlığında 48 en və 107 uzunluq dairəsi arasında yerləşirdi. Adı Ötükəndir.
Ötükən bir müqəddəs yer olaraq, türklərin bütün tarix boyu köbəklərinin basdırıldığı bir məkandır.
YORUMLAR
Seyraqif Coculu
yok,sul
efendim benim için onurdur
tekrar tekrar saygımla efendim hoşcakalınız..