- 1074 Okunma
- 1 Yorum
- 0 Beğeni
Şairin İçindeki "Ben"
Deyirlər: – Şairin istedadı fitrətdən və haqqdan gəlir.
Onda şair haqqı və doğru olanı söyləməlidir. Əgər şair bilik sahibi olmayıb və doğru olanı söyləmirsə ona fitrətdən gələn istedad bir boşluğa yuvarlanır və oradan kənara çıxa bilmir.
Şair gərgin əməyin və yaradıcılığın sayəsində şair ola bilər. Şair həmişə axtarışda olmalıdır və hamının deyə bilmədiyini deyə bilməlidir.
Bir şair ömrünü yaşayan zaman,
Şairin qayəsi düz olsun gərək.
Şairlər zamanın qəhrəmanıdır,
Şairin silahı söz olsun gərək.
Sözü söyləmək üçün şairin içində şairlikdən əlavə bir “Mən” və kişilik olmalıdır.
Cəsarətlə deyə bilsə sözünü,
Cana gələr söz, kişinin içində.
Hər kişiyə kişi demək olarmı,
Biri olur, yüz kişinin içində.
Həqiqəti söyləmək üçün, həqiqi olanı dərk etmək la¬zımdır. İnsan isə özü həqiqi olandır.
Baxmayaraq ki, dünyanın ədalət balansı pozulub, bu balansı ancaq insan özü tarazlaşdıra bilər. Çün ki, insan yaranmışların ən alisi, ən ülvüsü, ən gözəli və şüurlusudur.
İnsanın bütün varlıqlardan fərqli olması onun ruhani varlıq olmasıdır. Heyvanlar cismani varlıqdır.
Ancaq insan dərk etmə məqamına çatmaq üçün kamilləşə bilər. İnsanlarda dərk etmə məqamına çatma kütləvi deyil, fərdi qaydadadır. Hələ neçə min il əvvəllər insanlar sürü, kütlə halında yaşamışlar. Fərdlərin səyi nəticəsində xalqlar, millətlər və dövlətlər yaranmışdır.
Fərdlər dinlər, təriqətlər və cərəyanlar, fəlsəfələr yaratmışlar. İnsanların dərk etmə məqamına və kamilləşməsinə kütləvi halda yetişməsi üçün çoxlu əsrlər qalıb.
Nəsimi söyləyərdi:
“Sirri-ənəlhəq söylərəm, aləmdə pünhan gəlmişəm,
Həm həqq derəm, həqq məndədir, həm xətmi-insan gəlmişəm. ”
Nəsimidə ənəlhəqq deməklə nə Allahlıq, nə də Peyğəmbərlik iddiası var idi. O, özü bir haqq idi içində bir həqiqət gəzdirirdi ki, onu insanlıq məqamına çatdırmaq üçün nurlandırır, saflaşdırır və insanlaşdırırdı.
Nəsimini diri-diri soydular, cismini öldürdülər, ancaq içində ki, həqiqi olanı öldürə bilmədilər. Nəsiminin içində olan həqiqət bu gün də ruhumuzda və içimizdə yaşayır. O, haqqın dərgahına çatmaq üçün ölüncəyə qədər içindəki “Məni” və həqiqi olanı yaşatdı.
“Zahidin bir barmağını kəssən, dönüb həqqdən qaçar,
Gör bu gerçək aşiqi, sərpa soyarlar ağlamaz”.
Böyük Türk dünyasının Sufi Dərviş şairi
Yunis İmrə deyirdi:
“Şəriət, təriqət yoldur gedənə,
Həqiqət meyvəsi ondan içəri.
Məni məndə demə: - Məndə deyiləm,
Bir “Mən” vardır məndə, məndən içəri.
İnsan kamilləşməsə onun içində bir “Mən” yaranmır.
Həqiqəti dərk etmə məqamına çatmayınca içindəki
“Mən” oyanmır. İnsan Ruhani varlıq kimi yox bir cismani varlıq kimi yaşayır.
İnsanda təfəkkürün formalaşması üçün insan məntiqə söykənməlidir. İnsanın şüurunda obyektiv gerçəkliyin düzgün inikası gerçəkləşməlidir.
Onda sual oluna bilər . Bəs həqiqi olan nədir?
Həqiqi olan ictimai cəmiyyətdə yaranmış hadisələrin, problemlərin həllinin doğru olanıdır.
Həqiqi olanın mənsubiyyəti yoxdur. Onun mənsubiyyəti yalnız özüdür. Ola bilsin insan Materialist, İdealist və ya Dindar olsun həqiqəti söyləməsin, ya da əksinə.
Dünyaya baxışın isə mənsubiyyəti var. Ancaq dünyaya baxış həqiqətin problemlərinin həllində istənilən bir mövqedə dura bilər və həqiqi olanı inkar da edə bilər.
Azərbaycan Sovet tarixinə çox qərəzli yanaşırlar və tarixi olduqca təhrif edirlər.
Azərbaycan Demokratik Respublikasının yaradıcıları tərifə layiq olmalarına baxmayaraq onlar heç bir vaxt “Böyük Oktyabır” inqilabından əvvəl Azərbaycanda Müstəqil
Dövlət qurmaq üçün nə inqilab etmişlər nə də mübarizə aparmışlar.
Azərbaycan Sovet Sosialist Respublikasının yaradıcıları isə XX əsrin başlanğıcından Müstəqil Dövlət qurmaq yox, ancaq öz azadlıqları uğrunda mübarizəyə qoşulmuş və inqilablar etmişlər.
İnsan azadlığı hər bir Müstəqil Dövlət azadlığından önəmlidir. Öz azadlığını almayan vətəndaş dövlət müs-təqilliyini dərk edə bilməz.
Xalqımızın hər bir tarixi bizim üçün əziz olmalıdır.
Çün ki, hər bir tarixin yaxşı-yaman izləri olur. Tarixdə tatixi şəxsiyyətlərin rolu araşdırıldıqdan sonra qiymət verilməlidir ki, ədalət öz yerini tuta bilsin.
Mənə yüz li ömür verin.
Saxtalaşmış tarixləri,
Doğrusuna yaza bilim.
Tarixdəki böhtanların,
¬Hamısını poza bilim.
İndi biz Müstəqil Dövlətdə yaşasaqda hüquqlarımız məmurların əlində əvvəlkindən daha çox tapdanır.
Çün ki, biz böyük dövlətlər kimi müstəqil deyilik.
Ona görə də böyümək lazımdır. Bütün iddiaları bir yana qoyub altı Müstəqil Türk dövləti birləşib yeni bir Türk Müstəqil Dövlətlər Birliyi yaradarlarsa o, zaman 5 milyon kvadrat kilometr sahəsi olan dövlət yarada bilərik.
Bunun üçün bizim qarşımızda heç bir əngəl yoxdur.
Bəzən tribunalardan məntiqə dayanmadan çıxışlar edirik: – Dünya Türkə qalacaq!
Əvvəlcə bir millət yarat, dil yarat,
Ədalətli divan yarat, əl yarat,
Oğuz babam yaratdığı el yarat,
Yoxsa Türkə qalmayacaq, a qardaş.
Dünya bizim olmayacaq, a qardaş.
Atalar deyir: – Zor fəndi pozur. Kim güclüdür o, da qalib gəlir. Böyük dövlətlərdə isə böyük güc olur.
Biz də “Türk Birləşmiş Dövlətlər Birliyi” yarada bilərik. Bizim buna mənəvi haqqımız var.
Dünyanın tarazlığı pozulubdur. Bu tarazlığı güclü dövlətlər pozur. Eyni zamanda güclü dövlətlər müvazinət halına gətirir. Biz də güclü olmalıyıq.
Ay bala Türk oğlu qınında yarır,
Nə zaman ki, bıçaq sümüyə çarır,
Bax onda oyanıb “Qurda” çevrilir,
Aldığı torpaqlar “Yurda” çevrilir.
Artıq bütün Türk dünyasının oyanmağının vaxtı gəlibdir. Torpağın “Yurd” olması üçün torpaq həmişə ya¬ğı¬lardan təmizlənməlidir. Yağılar isə həmişə olacaqlar.
Yağılar, düşmənlər torpağı alıb,
Yurdumda ilişib paz kimi qalıb,
Pazı çıxarmağa çarə paz olub,
O, zaman çəkinmə paz istə məndən!
Ruhumuz tərpənib oyanmaq üçün,
Düşmən qabağında dayanmaq üçün,
Şəhidlik qanına boyanmaq üçün,
Cəngi havasında saz istə məndən!
Ortaq Türk dili, iqtisadi birlik, ortaq Türk ordusu ya-ratmağın demək olar ki, heç bir problemi yoxdur.
Ancaq istək lazımdır.
Ayılmasaq biz qəflətdə yatarıq,
Bu dünyanın çirkabında batarıq,
Üç şey ilə arzumuza çatarıq,
Biri istək, biri məslək, biri yol.
Yolumuz açıq olsun!..
YORUMLAR
Sağ ol Seyraqif müəllim. Çox dəyərli bir yazıdır. Qələmin daha da kəsərli olsun!