- 1186 Okunma
- 2 Yorum
- 0 Beğeni
Elata gəl!
Elata gəl!
“Borçalı” İctimai Cəmiyyəti IV “Elat” mədəniyyəti gününə hazırlaşır. Ənənəvi bir bayram olaraq iyulun 26-da, Başkeçid (Dmanisi) ərazisinində yerləşən Armudlu gölünün yaxınlığında keçirilən “Elat” mədəniyyəti gününün sədası artıq sərhədləri aşmaqla Avropa məkanında da bir çoxlarının diqqətini çəkmişdir. Bunun nəticəsidir ki, hal-hazırda Türkiyə, İran, Rusiya və bəzi Avropa ölkələrindən də bu möhtəşəm tədbirə qatılmaq arzusunda olanlar yüzlərlədir. Bu mötəbər duyğuların və əvəzsiz sevgi hisslərinin Zəlimxan Məmmədli təfəkküründəki Mövlana Cəlaləddin Rumi təlqini ilə uzlaşması son dərəcə ürəkaçandır. Çünki M.C.Rumi, - şəf¬qət və mər¬hə¬mət¬də gü¬nəş ki¬mi ol, dö¬züm¬lü-lük¬də də¬niz ki¬mi ol, tə¬va¬zö¬kar¬lıq¬da və sa¬də¬lik¬də tor¬paq ki¬mi ol, sə¬mi¬miy¬yət və xe¬yir¬xah¬lıq¬da axar su ki¬mi ol, baş¬qa¬la¬rı¬nın qü¬su¬ru¬nu ört¬mək¬də zül¬mət ge¬cə ki¬mi ol, hid¬dət və əsə¬bi¬lik anın¬da ölü ki¬mi ol! Əgər, bun¬la¬rı ba¬car¬mır¬san¬sa çə¬kil, get, ək¬si¬nə, ba¬ca¬rır¬san¬sa, kim olur¬san¬sa ol, GƏL! İstər bütpərəst ol, istər atəşpərəst ol, istər yəhudi ol, istər xaçpərəst ol, dinindən, dilindən, irqindən asılı olmayaraq kim olursansa ol, lap min dəfə tövbəsini pozmuş ol, yenə də GƏL! Bizim qapımız ümid qapısıdır. İnsanı insan olduğuna görə sev! Eyni dildə danışanlar yox, eyni duy¬ğu¬nu da¬şı¬yan¬lar bir-bi¬ri¬ni da¬ha er¬kən və da¬ha ar¬tıq an¬la¬yar. Məh¬rəmliyin dili tamam başqa dildir. Ürək birli¬yi dil birliyindən daha üstündür, ruhun dili bütün dillərdən gözəldir, – söyləmişdir. Elə bu ruha köklənmiş Zəlimxan Məmmədlinin təşəbbüsü ilə yaradılmış “Elat” mədəniyyəti günü də dörd ildir ki, insanlara müsbət enerji paylamaqdadır. Bu mədəniyyət “Elata gəl!” çağırışı ilə insanları intellektual səviyyəyə, mənəvi birliyə, milli kökə, səsləməklə yanaşı həm də, onları qonşu xalqlarla dostcasına yaşamağa, separatizmə “yox” deməyə, dövlətə və dövlətçiliyə, ölkənin demokratik inkişafına xələl gətirmək istəyənlərə qarşı ayıq-sayıq olmağa sövq edir. Bu mədəniyyətin, bu çabaların məqsədi şəkili məzmunlu, elmi hikmətli, nəzəriyyəni təcrübəli, dostluğu sədaqətli, həyatı əmniyyətli, dövləti ədalətli, insanlığı mərhəmətli, zənginliyi səxavətli görməkdir. Çünki bütün hallarda ehtiyacı olanlara kömək etməyən varlı adam, zəngin hesab edilə bilməz, nəfsinin quluna çevrilib başqalarını incidənlərin adı insanlıq dəftərinə yazıla bilməz. Bu mahiyyət müntəzəm olaraq Zəlimxan Məmmədlinin və cəmiyyətin digər fəallarının çıxışlarında özünü apaydın göstərməkdədir. Üzə deyilən doğru sözlərin xəbislərin qəlbində yaratdığının yalnız kin və ədavət olduğunu nəzərə alsaq bu möhtəşəm işə ağızbüzənlərin də olduğunu sövq-təbii hesab etməliyik. Lakin “Elat” mədəniyyəti onlara da “GƏL” deyir. Çünki yenə də M.C.Rumi demişkən, bizim könül hovuzumuzun kənarında görünənlər görünməyənlərdən daha yaxşıdır, ona görə ki, onları öz könül hovuzumuza dəvət etmək imkanımız şübhəsizdir...
Bunların hamısı öz yerində, lakin sual oluna bilər, - bəs niyə Zəlimxan Məmmədli “Elat”mədəniyyəti gününü keçirmək üçün məkan olaraq Başkeçid dağlarını seçdi?
Bu məntiqli yanaşmanın təhlili üçün, əvvəlcə xatırlayaq ki, tarixən peyğəmbərlər Allahdan vəhy qəbul etmək üçün dağlara çıxıblar. Övliyalar, vəlilər, şeyxlər, eləcə də şairlər Allahdan sevdalı olmaq, xalqının güzaranı üçün imdad diləmək niyyəti ilə və Ona yaxın olmaq məqsədilə dağlara üz tutublar. Şairlər Yerin məhvəri hesab edilən dağları zaman-zaman mədh etmiş, ona dərdlərini söyləmiş, nicat yolunu elə onda görmüşlər. Bax beləcə, dağlar öz müqəddəsliyini isbat edərək insanların inanc yerinə çevrilməklə yanaşı, həm də qaçaqların, qoçaqların, igidlərin, gerçək ərənlərin sığınacaq yerinə, savaş meydanına və əyilməzlik rəmzinə çevrilmişdir. Lakin qeyd etməliyik ki, “elat” sözünün mahiyyətində də bir igidlik, qəhrəmanlıq, əyilməzlik anlamı var. Elat – elin atlanmış, qılınc qurşamış, vətəni, torpağı, xalqı uğrunda ölümə getməyə hazır olan pələng cüssəli oğullarına deyərdilər. Minlərlə mal-qara, qoyun-quzu saxlayan sahibkarlar sürünü yayda yaylağa, qışda qışlağa haylayarkən yanları ilə elatlar aparardılar ki, onu düşməndən, quldurlardan, yolkəsənlərdən qoruya bilsin. Bütün bu dediklərimizə rəğmən “Elat” mədəniyyətinin kökünün türklərin tarixi qədər qədim olduğuna şübhə yeri qalmır. Eləcə də, dağları elatsız, elatı dağlarsız təsəvvür etməyin nə qədər çətin olduğunu dərk etdikdən sonra “Elat” mədəniyyəti gününün keçirilməsi üçün Zəlimxan Məmmədlinin məkan olaraq niyə Başkeçid dağlarını seçdiyini anlamış oluruq. Bu müqəddəs duyğuların nəticəsidir ki, indi o taylı-bu taylı Azərbaycan, Gürcüstan, eləcə də yuxarıda adını çəkdiyimiz ölkələrin xalqları bu bayramı həsrətlə gözləyir və orada iştirak etmək üçün var gücləri ilə çalışırlar. “Elat” bayramı ruh və struktur baxımından gələnəkselliyə dayansa da, mahiyyət etibarilə müasir müstəvidən çıxış edərək bütün dünya xalqlarını mənəvi birliyə, bəşəri bütövlüyə səsləyir. Digər tərəfdən də bu möhtəşəm bayramın Gürcüstan ərazisində keçirildiyini də nəzərdən qaçırmaq olmaz. Belə ki, hər il iyulun 26-da müstəqil, suveren Gürcüstan ölkəsi bir daha dünya xalqlarının diqqət mərkəzində olur. Beləcə, insanlar ruhi saflıq, əqli duruluq, ürfani bütövlük qazanmaq məqsədilə Başkeçid dağlarına, Armudlu gölünün sahilinə üz tuturlar.
“Elat” bayramınız mübarək olsun, ey ürəyi diri, ruhu nəfsini yenmiş, zəkası kamil, əqidəsi aydın, ziyası bol, yolu bir olub, məhrəmliyini qoruyanlar!!!
Bakı, 26 iyun 2012-ci il
Elbəyi CƏLALOĞLU
YORUMLAR
elat bayramı hakkında vermiş olduğunuz bilgilere yürekten teşekkür ederim üstadım.Elat'ın manasını anlatan ve yapılan çalışmaları bizlere sunan dost kardeşimize saygılarımla.
Elat kavramını dağlarda yaşayan dağları mesken tutan yüce duygularla dolu yürekli insanlar olarak anladım.doğru anladım sanırım.
Bayramınızı tebrik ederim.