Kasıba
Elnur Rəsuloðlu (Əliyev)
Əylənmək xətrinə araya qoyub
Varlýlar çaldýlar çəpik kasýba.
Üzünə söydülər, təhqir etdilər,
Varlýlar vurdular təpik kasýba.
Qara çörək yedi lavaþ yerinə.
Hər gün þorba içdi bozbaþ yerinə.
Zəhmətlə iþlədi, maaþ yerinə
Minnətlə verdilər qəpik kasýba.
Bir qýz sevdi. Nə qýz? Güllər butasý.
Amma bu sevginin çýxdý xətasý.
Elçiləri qovdu qýzýn atasý,
Sevgisi olmadý þərik kasýba.
Dostu da olmadý kasýbdýr deyə,
Kasýbla dost olmaq ayýbdýr deyə,
Ýnsanlar varlýný sayýbdýr deyə,
Ýnsanlar göründü çürük kasýba.
Saldý ürəyinə, basdý özünü.
Qaranlýq bir küncə qýsdý özünü.
Axýrda dözməyib asdý özünü,
Həyatý göründü tupik kasýba.
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.