Zarafatyana
Elnur Rəsuloðlu (Əliyev)
Evimizdən uzaq, qərib þəhərdə
Nə yaxþý var imiþ dostlarým mənim.
Dostluða qəlblərin verib þəhərdə,
Dostluða and içmiþ dostlarým mənim.
Universitetin yaxýnlýðýnda
Həmiþəki yerə yýðýþdýq yenə.
Piyada gəzərək “Sahil” baðýnda
Olub-keçənlərdən danýþdýq yenə.
Dostlarým narahat sordular məndən:
- Qorxmusan ki? Aðzýn uçuqlayýbdýr!
Dedim ki, dostlarým, bu olub dünən,
Qorxu məni yaman pis haqlayýbdýr.
Qýz tanýþlýðýmý bilirdi onlar,
Təsadüfən olub bu iþ, hadisə.
Mən danýþdýqca hey gülürdü onlar,
Danýþým, gülün siz gülüncsə, sizə.
Dəstəyi götürüb ecahanlýqdan,
Aðlýma gələn bir nömrəni yýðdým.
Mənə cavab verən qýz olduðundan,
Bilərəkdən onu “dostum” çaðýrdým.
Qýzla tanýþ olub telefonda mən,
Bir xeyli danýþdým, söhbət eylədim.
Görüþ təyin edib, əlbət, sonda mən,
Tanrýnýn iþinə hörmət eylədim.
Bazar günü axþam saat altýda
Metronu seçmiþdik görüþ yeriyçün.
Dəyiþməliydi həyat altýda,
Məncə, olmalýydým xoþbəxt həmən gün.
Həsrətli günlərim illərtək uzun,
Kədərli, mənasýz, üzücü keçdi.
Yuxuda bir gözəl büzərək aðzýn,
Mənə nəzər salýb gözucu keçdi.
Dostlarým pisliyə yozub yuxumu,
Getmək bilmədilər məsləhət mənə.
Yetiþdi həmən gün. Pozub yuxumu,
Aðalýq elədi məhəbbət mənə.
Özümü çatdýrýb, minib qatara,
Tələsdim, tələsdim görüþ yerinə.
Sürətlə þütüyən dönüb qatara,
Külək kimi əsdim görüþ yerinə.
Ýki qýz durmuþdu görüþ yerində,
Biri kök, var idi býðý, birçəyi.
O birisi isə yer üzərində
Məskən salmýþ gözəl göylər mələyi.
Elə çatýrdým ki, cananýma mən,
Gözəl qýz dedi: “Bax, sevgilin gəlir!”.
Həmən an tüpürüb dabanýma mən,
Necə qaçdýðýmý bir allah bilir.
Güzgüdə özümə nəzər salanda
Görürəm ki, aðzým uçuqlayýbdýr.
Yəqin sevgilimi gördüyüm anda
Qorxu məni yaman pis haqlayýbdýr.
Odur ki edirəm məsləhət sizə,
Yad qýzla görüþə getməyin, dostlar!
Baþýnýza gələr belə hadisə,
Mən etdiyim səhvi etməyin, dostlar!
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.