MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Telefon söhbəti
Rəsuloğlu

Telefon söhbəti


Elnur Rəsuloðlu (Əliyev)

Roman oxuyurdum Əbülhəsəndən.
“Sədaqət”. Beləydi romanýn adý.
Açýq-mavi rəngli telefon birdən,
Fasilə vermədən hey dýnqýldadý.
Dəstəyi qaldýrýb dönük həvəslə
“Nə olub görəsən?” özümdən sordum.
Sonra fikirləþib sönük həvəslə
Deyindim:
“Boþ yerə özümü yordum”.
Səsini eþitdim iki nəfərin.
Qət etdim, bildim ki, yola girmiþəm.
Birisi çəkərək köksünü dərin
Sözə baþlamýþdý:
- Mən bilmirmiþəm.
Hə, Salman, nə oldu? Söylə ki, nədən
Dəstəyi qoydun sən telefon üstə?
- Vaqif, yol qarýþdý. Ýncimə məndən.
Saðalmamýsan heç! Xəstəsən, xəstə!
- Təzədən sənə zəng etməli oldum.
Çünki söhbətimiz qaldý yarýmçýq.
Təzədən səni dəng etməli oldum.
Bir gün görərsən ki, ölürsən artýq.
- Təzədən baþlama. Qurtar söhbəti.
Mən onu sevmirəm. Mənim qəlbimi
Heç kəs ala bilməz. Saxla hörməti.
- Necə baþlamayým? O cür gül kimi
Qýzý qaçýrtdýn sən əldən, ay məzlum!
Hələ də qorxursan xəyanət edər?
- Bəli, mən qorxuram. Güclüdür qorxum.
Qorxuram sevərəm, o atýb gedər.
- Daha sözüm yoxdur. Salman, mən axmaq
Xəbərin olmadan, sənə demədən
Sevgi məktublarý yazdým. Sən axmaq
Aləmi qatmýsan mənə demədən.
- Vaqif, sən qatmýsan aləmi, mən yox!
- Dostluq xatirinə tutdum bu iþi.
- Sən mənə köməklik çox etmisən, çox!
- Dosta kömək etmək könlüm vərdiþi.
- Onu istəmirəm. Onu sevmirəm.
- Sevmirsən, nə olar? Söhbət zamaný
Ölərdin deyəndə “səni sevirəm”?
- Dilə gətirəydim bu að yalaný?
Bəziləri kimi bacarmaram mən.
Sevməyə-sevməyə yalandan deyəm
“Sevirəm”. Gərəkmi sevdirib həmən,
Beynini, qəlbini yalanla yeyəm?
Bunu etməyimə kim haqq veribdir?
- Bəsdir danýþdýðýn filosof kimi.
Salman, olan olub, keçən keçibdir.
- Düzünü deyirəm, kəsmə sözümü.
Bir özün fikirləþ.
- ...
- Niyə susursan?
Düz söz acý olub hər vaxt bilirəm.
- Sən allah, baðýþla! Yaxþý da, Salman,
Gəl, bizə. Hələlik!
- Oldu. Gəlirəm.
Bu söhbət sarsýtdý bütün qəlbimi.
Bir qədər səssizcə xəyala daldým.
Sonra bu söhbəti olduðu kimi
Qələmə almaðý qərara aldým.

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.