VİRANƏ GÖNLÜM
*******
Bal arýsý gülçiçəkdən ruzisini ala bilir,
Bir dərya ki,çeþmələrdən damladamla dola bilir,
Üç sim coþub bir taxtada pərdəpərdə çala bilir,
.
Bəs sən niyə yazýq gönlüm,viranəsən, dinməyirsən,
Məcnun kimi eþq əlindən divanəsən,dinməyirsən.
*
Yollar uzaq,ayaq tutmur yetsin bir dəm vüsalýna,
Gecə-gündüz can-can deyir dilim sənin xəyalýna,
Pir qalmadý qurban desin aþiq dərdinə,halýna,
.
Ətrin gəlir þəfa kimi meh əsdikcə hərdən-hərdən,
Yellər dönür,yollar dönür tək sən geri dönməyirsən.
*
Üz tutmuþam dərgahýna haqqýn,təkcə səni versin,
Nə can versin bu canýma,nə imaný,dini versin,
Savabýna cənnətindən Həvva yeyən dəni versin,
.
Zahid olum,abid olum hücrəndə mən,pirində mən,
Leyla da mən,Məcnun da mən,Fərhad da mən,Þirin də mən.
***
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.