MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

GEC QALDIM
Vahid Sabah

GEC QALDIM


Yaman gec qaldým...
Uzaq gedən qatarlarýn
ardýnca baxa-baxa,
gecələr þərqdən qərbə,
qərbdən þərqə uçan
təyyarələrin sayrýþan
ulduzlarýný seyr edə-edə
yaman gec qldým.
Getmək,uzaqlaþm aq
yaþamaq istəmədiyim
bu həyatdan,
uyuþmadýðým bu
insanlardan qaçmaq
nə böyük səadət olarmýþ.
Mən belə deməmiþdim,
mən belə istəməmiþdim.
Uçmaq arzularkən
sürünmək,
yürümək istərkən
yýxýlmaq...
Hüzur dilərkən
qarðaþalýq,söyü þ.
Þərəfin və ləyaqətin
bir parça çörəyin
güdazýna getdiyi
bu gədə dünya
daha mənlik deyil.
Mən belə dünyada
yaþamaða gec qaldým,
çox gec qaldým.
Gec qaldým bahar çiçəklərinin
ətrini iyləməyə,
xallý kəpənəklərin
ardýnca qaçmaða.
Gecələr Ýsa-Musa
quþunun çaðrýþýna
hay verməyə,
bizdən o yana ötən
qu quþlarýný saymaða,
að buludlarýn asýlýb qaldýðý
mavi göyləri
içimə dartmaða
gec qaldým.
Saya corablarýmý cýran
o böyürtkən kolundan
bircə gilə belə
qoparmaða gec qaldým...
Neynək,qədərmən i də
belə doladý barmaðýna.
Günah özümdədir.
Qaçaný qovmadým,tələsm ədim.
Sabah oldu-gec qaldým,
gələn getdi,gedən gəldý-
gec qaldým.
Bizimkilər pencəyýný
götürüb taleyini
dəyiþməyə gedərkən
mənim meþin bavulum
çarpayýmýn altýnda,
xəz papaðým
divardan asýlý qaldý.
O qalan qaldý...
...Yaþýmý soruþardýlar.
Ýyrmi beþdə də,otuzda da
qocalmýþam-deyə rdim.
Dövrəmdə dolanan
dostlarým,tanýþ larým
danýþardý,gülər di.
Mən isə bir payýz
axþamý kimi
qəmli və həzin idim.
Kiçik bacýmýn danlaqlarý,
əzizlərimin tənələri belə
mənə výz gələrdi.
Onlar toy həvəsində,
gözəl gəlin arzusundaydýlar ,
mən isə ikinci mərtəbəyə
qalxan pilləkənin
pillələrini sayardým.
Sanki,bu pilləkənin
sonundan
mənim gələcəyim baþlayacaqmýþ-
yaþamaða və sevməyə
gecikmiþ gələcəyim...
Hərdən anam yuxuma girir.
Üzündə təbəssüm,
baxýþlarýnda bir nigarançýlýq.
Məzarlýða gedirəm,
baþdaþýndan þəkli
ilə mənə baxýr anam.
Yuxumda gördüyüm
eyni təbəssüm,
eyni baxýþlar.
Məzarý yoldan on addým
kənarda,
babamla yanaþýdýr.
Yoldan keçən insanlarýn
ayaq səsləri belə
eþidilir buradan.
Ətrafýma boylanýram.
ÝlahiI
Nə qədər məzar daþlarý varmýþ.
Çoxunu,lap çoxunu
tanýyýrdým bu insanlarýn.
Qəmli-qəmli mənə baxýrlar
þəkillərdən.
Aðlýma gələn ilk
sualdan diksinirəm.
Bəlkə gec qalmýþam?
Yooox,ölmək hələ tezdir.
Gələcəyi üçün məsuliyyət
daþýdýðým çocuqlarýmýn
toyunu görmək,
hər bahar açan qýzýlgüllərin
ətrini iyləmək,
keçən payýz əkdiyým
nar aðaclarýnýn
meyvəsindən yemək,
bir də,bir də
dünyaný dəyiþmək arzusu varkən
ölmək hələ tezdir,
çooox tezdir.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.