MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Məzarına yol tapmıram, ay gözəl!
elbeyicelaloglu

Məzarına yol tapmıram, ay gözəl!




Məzarýna yol tapmýram, ay gözəl!

Dörd yanýnda dolanýram bayaqdan,
Məzarýna yol tapmýram, ay gözəl!
Lap yorulub düþdüm dizdən, ayaqdan,
Qeybdən mənə uzanmayýr bircə əl,
Məzarýna yol tapmýram, ay gözəl!

Üzərini güllər sarýb, gün düþür,
Kəpənəklər məni görcək hürküþür.
Xiffətindən can titrəyir, qəlb üþür,
Qəbrin üstə yanmaz olub bir məþəl,
Məzarýna yol tapmýram, ay gözəl!

Əlim gəlmir güllərini əyməyə,
Söz tapmýram torpaðýný öyməyə.
Yaxýnlaþýb baþ daþýna dəyməyə,
Cürətim yox, eyləmisən dərdəcəl?
Məzarýna yol tapmýram, ay gözəl!

Məhəccərə toxunuram aramla,
Xatirələr baþ-baþadýr yaramla.
Suç gəzirəm öz içimdə bir damla,
Durub desən, biləm nədir bu məsəl?
Məzarýna yol tapmýram, ay gözəl!

Elbəyiyə könül verdin, yas oldu,
Bir ömürlük dərd vermisən, bəs oldu.
Uðurlarým nədən belə nəhs oldu,
Haqlamazmý məni bu yerdə əcəl?
Məzarýna yol tapmýram, ay gözəl!

20.02.2012

Elbəyi Cəlaloðlu



Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.