MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Doğum günümə
elbeyicelaloglu

Doğum günümə





Doðum günümə

Bu doðum günümdə anýb gəldiniz,
Deməyin, sevincdən coþdum, a dostlar!
Bihudə dünyada bütün segimi,
Bir yolluq Allaha qoþdum, a dostlar!

Haqqýn dərgahýnda törədib qəza,
Çəkməyə gəlmiþəm dünyada cəza.
Çevirib dərdimi bir tavar saza,
Varlýqdan yoxluða düþdüm, a dostlar!

Gerçək ərənlərdən þövqlə dən vurun,
Sevgiylə əyilin, sayðýyla durun.
Çölümdə nə var ki, içimi görün,
Mən eþqin odunda biþdim, a dostlar!

Qoy, təlaþ etməsin karýxan ürək,
Mənsiz haray çəkib darýxan ürək.
Ümidlə döyünür qəm sýxan ürək,
Həsrətdən qaynadým, daþdým, a dostlar!

Məni qýnamasýn mənsiz qalanlar,
Müqəddəs varlýqdýr mənim olanlar.
Ərþə bülənd olub ifrat yalanlar,
Əzəldən gözlərdə yaþdým, a dostlar!

Saxtalýq gəziþir bəzəkli sözdə,
Tanrýný görmədim hər gülən üzdə.
Talelər yazýlýb Lövhi-məhfuzda,
Kim deyir, - həyatda çaþdým, - a dostlar!

Elbəyi verəmməz doðru bir qərar,
Çünki olammadý məhrəmi-əsrar.
Məni eþq yolunda gözləməzmi dar,
Mənsur tək zirvələr aþdým, a dostlar!

15.01.2012

Elbəyi Cəlaloðlu



Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.