MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

DONUB NƏZƏRLƏRİM KİPRİKLƏRİNDƏ
elbeyicelaloglu

DONUB NƏZƏRLƏRİM KİPRİKLƏRİNDƏ





DONUB NƏZƏRLƏRÝM KÝPRÝKLƏRÝNDƏ

Cýzýb layihəni Tanrý min kərə,
Qələm dəqiq yazýb, boya tam çəkib.
Göylərdən bir fərman gəlib yerlərə,
Bir þair vəsf edib, bir rəssam çəkib.

Günəþin yerinə doðmusan bu gün,
Üfüqlər qýzarýr yar, iþýðýndan.
Gözəllik önündə namaza durub,
Allah da məmnundu yaraþýðýndan.

Nurunda sayrýþýr, ulduzlara bax
Ay da heyran qalýb bu görkəminə.
Donub nəzərlərim kipriklərində,
Tüm cahan qapýlýb öz aləminə.

Fikirlər dumduru, düþüncə þəffaf,
Təngiyir nəfəsin hey ürkək-ürkək.
Sazaqlar dəyməsin hələ telinə,
Ən saf duyðularla çýrpýnýr ürək.

Bəlkə ən müqəddəs andý, a dilbər,
Bir az da tərpənmə, bir az da dayan.
Bizi tamaþaya dursun qoy bəþər,
Alýþ bu sevgidən, alýþ sən də yan.

Qaranquþ nəðməsi ucalsýn göyə,
Bülbüllər saz qoþsun tonqalýmýza.
Oyansýn sehrinlə duyðulananlar,
Alqýþ yaðdýrsýnlar vüsalýmýza.

Elbəyi Cəlaloðlu



Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.