KÖRPƏLƏR
KÖRPƏLƏR
Dilimin dadýdý, aðzýmýn tamý,
Þirindi, þəkərdi, baldý körpələr.
Aydýn səhərlərə, xoþ gələcəyə
Ömrümdən körpülər saldý körpələr.
Böyüyər anbaan, saatbasaat,
Gülsə gözəlləþər yenidən həyat.
Vallah, ala bilməz onu varidat,
Tanrýdan ərməðan gəldi körpələr.
Atamýn yerində atadý, bəlkə,
Anamýn yerində anadý, bəlkə.
Bütün gözəlliklər yanadý, bəlkə
Ən zərif çiçəkdi, güldü körpələr.
Əlimdən bir zaman tutub gəzənim,
Bir zaman qolumdan tutacaq mənim.
Çəkilər gözümdən dumaným, çənim
Görərəm gövhərdi, ləldi körpələr.
Böyüsün atalý, analý, Allah!
Görməsin dünyada nə aman, nə ah.
Bilməz nədir babal, anlamaz günah,
Qoruyun ləkədən, tüldü körpələr.
Oxþayýn qývrýlmýþ ipəklərini,
Gülüb yamsýlayýn dediklərini.
Amandý qýrmayýn ürəklərini,
Hələ yetiþməyib, kaldý körpələr.
Elbəyi, onlardý azým, çoxum da,
Xəzinəm, dövlətim, varým-yoxum da.
Gündüz xəyalýmda, gecə yuxumda,
Ən gözəl havamý çaldý körpələr.
Elbəyi CƏLALOÐLU
Sosyal Medyada Paylaşın:
elbeyicelaloglu Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.