MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Yar ömrümü verdim sənə ehsan dəyərində
Anar Əhəd

Yar ömrümü verdim sənə ehsan dəyərində


Yar ömrümü verdim sənə ehsan dəyərində,
Qaytar geri sünbül kimi yüz can dəyərində.

Zindanə düþən Yusifə dünyaný verərsən,
Dünya yaþadarsan mənə zindan dəyərində.

Ey rəhmi bütün aləmə dastan kimi yarým!
Nolar verəsən dərdimi dərman dəyərində!

Eyyub kimi səbrin sonu Musa kimi oldu,
Heç olmasa qalsýn yenə iman dəyərində.

Aþiq mənə göstər sənə öz ömrünü versin,
Olsun mənə bənzər kimi qurban dəyərində.

Heç incimə bənzər mənə peyðəmbərin olmaz,
Mən ömrümü verdim sənə Qur’an dəyərində.

Uðrunda fədakar olanýn qəmdimi əcri?
Bu hikməti ölçüm necə vicdan dəyərində?

Bəs þairə qəm, qüssə verərkən düþünürdün,
Bir gün çýxaram qarþýna dastan dəyərində?!

Bəlkəmdə Anar, niyyəti yarýn budu qəmlə,
Þair yaradýr aləmə insan dəyərində.

Müəllif: Anar Əhəd
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.