Tuturam dinsizi Qur'an üzünə
Tuturam dinsizi Qur’an üzünə,
Qýrc olur baxmaða Furqan üzünə.
Yazacam haqqý kəlam nəzmimdə,
Əsəbindən vuracaq qan üzünə.
Tanrý insandaký vicdandý deyən!
Tüpürüm mən elə rəhman üzünə.
Rəbbi inkar elə vicdan dəmi vur,
Sora çýx fəxr ilə insan üzünə.
Yox olan xanədə vicdanmý olar?
Bu üzün bənzədi þeytan üzünə.
Hələ istehza edib islam üçün,
Ölçərək baxma müsəlman üzünə.
Bil ki, insan ilə din ölçülməz,
Atma gəl çirkabý ümman üzünə.
Dini axmaqla tutan, axmaqsan!
Baxma aqil kimi nadan üzünə.
Əsl mö’minlə qiyas et özünü,
Nə üçün vurmadý iman üzünə?
Bu sifətnən yol alýb məhþərə get,
Baxmasýn Xaliqi-Sübhan üzünə.
Can sənindirsə cəhənnəm də Onun,
Yenə lə’nət ola peþman üzünə.
Müəllif: Anar Əhəd
Sosyal Medyada Paylaşın:
Anar Əhəd Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.