MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Deyişmə
Anar Əhəd

Deyişmə



Hansý əbləh mənə Qurani baxýr rədd olsun,
Təriqət ismi verib fani baxýr rədd olsun.
Anar Əhəd

Əli aþiqləriyik sünnədi təlimlərimiz,
Neçə mövlud günü, matəm günü təqvimlərimiz.
Neþə parlaq sözü höccət fəqih alimlərimiz.
Üləmalardan ibarətdi müəllimlərimiz.
Kim bizə oðru baxýr, cani baxýr rədd olsun.
Yəni dýrnaq arasý ani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Əlinin eþqinə könlüm, ürəyim, can da fəda.
Fəqih alimlərinin söhbəti olduqca fəna.
Üləmalardan hələ görməmiþəm dində vəfa.
Demiþəm həq sözü misrada qoyub nöqtə, nida.
Mənə kəc hansýsa ruhani baxýr rədd olsun.
Anar Əhəd

Üləmadan oxuyub öyrənirəm eþq oyanýr.
Çox þükür dinimizin baþýnda rəhbər dayanýr.
Nə zaman ki, üləma namýna dillər uzanýr.
Belə olduqda cəhalətdən ÝÞÝD zad yaranýr.
Ýþə Baðdadi və Adnani baxýr rədd olsun.
Kim ki, bu söhbətə xudmani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Hünrəim var deyirəm, dil uzadýb onlara söz.
Nə qədər saðdý caným sərt vuracam əyriyə biz.
Deyirəm ayəni Haqdan qoyuram qəlbinə iz.
Üləmanýn sözü Qur’ana görə olmadý düz.
Bizə aləmlərin Rəhmaný baxýr rədd olsun.
Anar Əhəd

Sənə Allah ki, verir hədiyyənin xeyri nədir?
Nə qədər qaldýrasan səviyyənin xeyri nədir?
Neçə misra da desəm bədiyyənin xeyri nədir?
Demə islamidənəm, təqiyyənin xeyri nədir?
Çýx de ki, kim mənə Ýbrani baxýr rədd olsun.
Ya Yəhudi, ya da Nəsrani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Neçə ildir yazýram Haqqa itaət elədim.
Nə qədər ayə deyib batili töhmət elədim.
Sizə Qur’an demiþəm, tək ona də’vət elədim.
Mənə neyçün baxýlýr kəc, elə heyrət elədim!
Diyəsən tində qulyabani baxýr rədd olsun.
Anar Əhəd

Hər kim alimlərə göstərsə əgər güc əzələ.
Nə qiyamətdə, nə burda əməli gəlməz ələ.
O ki, lap söhbətimiz qaldý þeirnən qəzələ.
Sənin heç þeiriyyatdan anlayýþýn yoxdu belə.
Sənə kim Füzuli, Xaqani baxýr rədd olsun.
Vüsal HəsənƏli

O qiyamət günü alimlərivün sən cəmini.
Görəcəksən, sənə düþməz çəkəsən matəmini.
Qəzəlimdən sənə nə, sən hələ gör öz kəmini.
Hələ sən öz sösüvün, sən’ətinin çək qəmini.
Sənə sən’ətdə kim ürfani baxýr rədd olsun.
Anar Əhəd

Ya ki, Quranilər olsun ya da olsun Sələfi.
Masonun fitnəsidir, Þiədir yalnýz hədəfi.
Özünə Þiə deyən kəsdi bu dinin þərəfi.
Ta əzəl Þiələrdi Ali Əbanýn tərəfi.
Uca Allahdý əzəldən uca elmin sədəfi.
Kim Onun zatýna cismani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Yaraþýr bax bu sözün mənlə olan söz sýnaða.
Belə Allah adý zikr et, sənə caným sadaða.
Təriqət seçməyi Qur’an eliyibdir qadaða.
Masonu, Þiəni, Sünni, Sələfi qoy qýraða.
Sənə Sabir, mənə Þirvani baxýr rədd olsun.
Anar Əhəd

Biz gərək sevgimizi þərbət edək, məhlul edək.
Gərək öz nəfsimizi Allah eþqinə qul edək.
Allahýn hökmünü hər halýmýza məqbul edək.
Üləma nurudur islamýn, onu qəbul edək.
Hər kim islama ləntərani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Dolanýb gəl yenə aç tez üləma söhbətini.
Çoxu dəccalla edir islama öz xidmətini.
Üləma təbliq edir tək hədisin hikmətini.
Oxumaz Tanrý sözün doðru olan ayətini.
Niyə Qur’an oxumur sani baxýr?! Rədd olsun
Anar Əhəd

Alimə qarþý çýxan nəfsinə hamballýq edir.
Baþa düþmür üləmanýn sözünü mallýq edir.
Satýr öz aðlýný dünyasýna dəllallýq edir.
Üləma haqqýný hər kim yeyə dəccallýq edir.
Allahýn hökmünə þeytani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Üləmadan deyənin did ətini farþý çýxar.
Bu gediþnən mənə alimlərivün arþý çýxar.
Yolunu gözlədiyin Mehdi gələr qarþý çýxar.
Ona gəldikdə əməl ə’la çýxar, yaxþý çýxar?
Mənə gəldikdə pəriþani bxýr? rədd olsun.
Mənə insan belə vicdani baxýr? rədd olsun!
Anar Əhəd

O ki, Cəbrail ilə məxluqa göndərdi xəbər.
Əzəli nütfə olan müþtəbeh olmaz bu qədər.
Hünərin vardýsa qeyb aləminə eylə səfər.
Sənin aðlýn imamýn elmi ilə birdi məgər?
Kim onun zuhruna nəfsani baxýr rədd olsun.
Hər kim o həzrətə kəm yani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Qeyb üçün yazmaða bica yerə çox getdi tərin.
Necə aþkar görünür ayədən heç yox xəbərin.
Həmdə cahil kimi gözləyirsiz Allah bəþərin.
Hələ ki, görməmisiz gözləməyin bir səmərin.
Belə məzhəblər üzündən görəcəksiz zərərin.
Kim ki, məzhəblərə ümrani baxýr rədd olsun.
Anar Əhəd

Görməmək bir þeyi yoxluðna dəlalətdi məgər?
Bulud arxasýnda qaldýqda günəþ þamu – səhər.
Ən zərif istisi ilə qýzýnar cümlə bəþər.!
Səni bilməzdim inan qəflətə düþmüþ bu qədər.
Yaxþý gəldin buracan axýrý batdýn bu səfər!
Kim ki, bu hikmətə küfrani baxýr rədd olsun.
Aləmə maaddi heyvani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Þiə alimləri uydurma naðýldan danýþýr.
Sizi vermiþ yuxuya əlləri pulnan alýþýr.
Bu qədər fitnələrə Mehdi qeybdən qarýþýr.!
Müctehidnən ikisi çox edərək səy çalýþýr.!
Neçə cahil də uyub bani baxýr rədd olsun.
Anar Əhəd

Ən əsas vacib olan haqdý, ədalətdi bizə.
Bu nə kindir, bu nə hikkə, bu nə nifrətdi bizə?
Bu qədər yanmaðýnýz hər dəfə ləzzətdi bizə.
Üləmanýn sözü hər mə’nada höccətdi bizə.
Dəxi hər kim ki, deyir ayə kifayətdi bizə.
O kəsin halý zəlalətdi, nəcasətdi bizə.
O demək islama xusrani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Utanýrsanmý görən hər belə verdikcə cavab?
Sənə Allah kitabý qane deyilmi a cənab?!
Neçə mö’min o kitabdan özünə çəkdi gülab.
Kim ki, Xaliq ktabýndan savayý tutdu kitab,
Və yazan þəxsə asimani baxýr rədd olsun.
Anar Əhəd

Mövzu mənalý geniþ amma fikirlər bayaðý.
Þiəlik ali məqamdýr, yolu eþqin ocaðý.
Hətda Musa zamanýndan bizə gəlmiþ soraðý.
Yə’ni Ýbrahim ilə baðlý onun bir budaðý.
Gəl sizin əqidə və düþüncə Qamət sayaðý.
Kim sizin məzhəbə insani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Mövzu üstündə olan sorðu – sual boynuvadý.
Dilivün ucbatýna olsa zaval boynuvadý.
Þiəsənsə deməli xamü – xəyal boynuvadý.
Mənə məzhəb donu geydirmə vəbal boynuvadý.
Dediyin þəxs elə nurani baxýr rədd olsun.
Anar Əhəd

Üləmalardý yetim ümmət üçün qəyyumlar.
Yer üzündə nə ki, vardýr bəþəri məfhumlar.
Qaimin həsrətini çəkmədədir məzlumlar.
Ruzi – Məhþərdə þəfaətdi bizə mə’sumlar.
Gəl sizin söhbətə Süfyani baxýr rədd olsun.
Vüsal HəsənƏli

O qədər tövbə, günah həmdə tamah ayəsi var.
Səni tək cahilə ibrətli silah ayəsi var.
Mənə yol hansýdý aþkar neçə þah ayəsi var.
Sənin mə’sum dediyin þəxsə günah ayəsi var.
Þiə alimləri pünhani baxýr rədd olsun.
Anar Əhəd

Xəstə nəfsin qýrýlýb quduz kimi zəncirdən.
Ya mənə dəlil gətir əhli Þiə təfsirdən.
Ya tutub baðlayaram baþ aþaðý kəndirdən.
Xəbərin yoxmu sənin ayeyi – pak təthirdən?
Kim ki, bu ayətə þirkyani baxýr rədd olsun.
Vüsal HəsənƏli

Bizə on dörd nəfərin zəhməti var sayəsi var.
O sözü o kəs deyər ki, dəlilin qayəsi var.
Ayənin þə’ni nüzul, səbəb nüzul mayəsi var.
Orda həm mübahilə, həm bəraət ayəsi var.
Kim buna saxtalýq ünvaný baxýr rədd olsun.
Vüsal HəsənƏli

O qədər cəlb elədim dürr söz ilə þairi mən.
Bu gön ki, səndədir çətin qoyaram təsiri mən.
Sənə təfsir eliyən kəsmi gərək? Bax biri mən.
De görüm neyliyirəm aciz olan təfsiri mən.
Ona Farslarda olan mani baxýr rədd olsun.
Anar Əhəd
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.