MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

DÜNYANIN MİN DƏRDİ, MİN AZARI VAR
eflatun.kesheli

DÜNYANIN MİN DƏRDİ, MİN AZARI VAR


Aldanma varýna, uyma dilinə,
Dünyanýn min dərdi, min azarý var.
Boldur var-dövləti, ancaq nə fayda,
Qəlp pula çevirən çox bazarý var.

Halýný düþünsən edəcək xəstə,
Kara gəlməyəcək ha çaðýr, səsdə.
Yýðacaq durmadan qəmi qəm üstə,
Bitib-tükənməyən ahu-zarý var.

Ona könül verən bir cənnət sanar,
Meylini salanýn imaný yanar.
Əl vermə əlinə, dolan gəz kənar,
Ýnsaný çatladan bədnazarý var.

Yalvarýb-yaxarsan, töksən yaðlý dil,
Heç kəsə rəhm edib, acýyan deyil.
Baxma ki yaþasan doxsan il, yüz il,
Hazýrdýr qarþýnda, dar məzarý var.

Yoxdur özünün də əbədi himi,
Çürükdür, çalýnmaz sazýnýn simi.
Halýný vəsf edən Əflatun kimi,
Þerə döndərən bir yazarý var.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.