ƏLDƏN GEDƏN GERİ GƏLƏRMİ? GƏLMƏZ!
eflatun.kesheli
ƏLDƏN GEDƏN GERİ GƏLƏRMİ? GƏLMƏZ!
Vaxtýnda bilmədik qədir-qiymətin,
Unutduq minnətin, atdýq hörmətin,
Ýndi həsrətini çəkmək də çətin.
Vətən yad əllərdə, daha üz gülməz,
Əldən gedən geri gələrmi? Gəlməz!
Yaðýya, yadlara torpaq " pay " oldu,
Millətin qüruru yaman zay oldu,
Qazancýmýz döndü ahu-vay oldu.
Axan göz yaþýný dəsmal da silməz,
Əldən gedən geri gələrmi? Gəlməz!
Çöllərdə qərq olan ellər mənimdi,
Baþýmda dolanan duman-çənimdi,
Torpaq alverinə vətən qənimdi.
Satqýnlar vətənin qədrini bilməz,
Əldən gedən geri gələrmi? Gəlməz!
Yurdun o sahibsiz cýðýrý-izi,
Hələ çox yandýrýb-yaxacaq bizi,
Nalədi, haraydý dilimin sözü.
Kəlməm baðrý daþýn qəlbini dəlməz,
Əldən gedən geri gələrmi? Gəlməz!
Sosyal Medyada Paylaşın:
eflatun.kesheli Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.