ƏFLATUN KEŞƏLİNİN SALMAN QAZİ İLƏ DEYİŞMƏSİ
eflatun.kesheli
ƏFLATUN KEŞƏLİNİN SALMAN QAZİ İLƏ DEYİŞMƏSİ
Əflatun Keþəli:
Harda olsan söhbətinə sərraf ara, düz danýþ,
Gər olmasa əhli halýn kəsə eylə, az danýþ.
Sözü demə anlamaza, aðýz büzər, yan keçər,
Əhli ürfan məclisində cövlan elə, saz danýþ.
Salman Qazi:
Nadanlar söz anlamaz, ha can yandýr, yüz danýþ,
Onu baþa salmaq üçün al əlinə biz, danýþ.
Heyvandan heyvan törəyər, atalarýn sözü var,
Kiþisənsə tənəsinə anlamazýn döz, danýþ.
Əflatun Keþəli:
Ara, axtar harda varsa insan oðlu insaný,
Ýblis olan þər axtarar nahaq qaraldar qaný,
Müxənnəti bir sözündən seç arala, tez taný,
Düþər olsan nadan içrə, üzün eylə boz, danýþ.
Salman Qazi:
Əhli ürfan məclisində sözüm gövhər, ləl olub,
Aðlý dayaz, gözləri þor hər kəsə əngəl olub.
Bir meydana mərd varanda namərd susub lal olub,
Hikmətindən hali olmaz söz dalýnca söz danýþ.
Əflatun Keþəli:
Qalmaðallý məclislərdən kənar eylə özünü,
Nahaq yerə zəhmət çəkib zay eyləmə sözünü.
Ay Əflatun, Allaha dön, haqqa çevir üzünü,
Yalqýz olsan al əlinə dəftər-qələm yaz, danýþ.
Salman Qazi:
Salman Qazi həmi þair, həm ibadət əhlidi,
Sazlý-sözlü bir insandý, eþq-məhəbbət əhlidi.
Görən deyir bərəkallah, bu þeyriyyət əhlidi,
Sözlərini inci eylə, bircə sapa düz danýþ.
Sosyal Medyada Paylaşın:
eflatun.kesheli Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.