MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Bəhri təvil
Anar Əhəd

Bəhri təvil


Dolanýb gəldi məhərrəm, gözün aydýn ola þeytan!
Düþəcək çox yerə matəm, çýxacaq can, axacaq qan,
boyanar qýrmýzý meydan, olacaqlar sənə qurban, yýðýlýb bir neçə insan,
salacaq məscidə üsyan, gələcək mərsiyəxandan, yeni bir mərsiyə candan
oxuyarkən həyacandan, qoyacaq gözləri giryan, eliyib milləti heyran iki sözdən,
vura dizdən, sora gözdən, atacaq cýrmaðý üzdən, arabir yoxla nəbizdən
ki, ürək vurdu ya durdu, bu hüzurdu? – bu çuxurdu, yenə xoþbəxt ola Ýran
bu günə qoydu bu yurdu! Nəyi pisdir? Gözəl hisdir, bir hədisdir, yaradýrlar,
yaþadýrlar, hələ bunlar maþadýrlar, yəni molla, iki qolla, eliyib təbliði yolla,
təzə əmmamə çýxolla, min üsulnan, variantnan alacaq səhnəni rolla, danýþýb
bir iki hikmət, bürüsün milləti heyrət, sora əlbətdə rəvayət, olacaq gülməli söhbət,
quracaq bardaþý rahət, edəcək milləti də’vət, bu məhərrəm ətirinnən duya millət,
ala ləzzət, sizə cənnət ola qismət, güya ənbər qoxusundan, ona bənzər qoxusundan,
bu məhərrəm eləmir fərq, ama gəl tər qoxusundan boðularsan, aman Allah, bu nə ikrah?
Ey ümidgah! Elə agah, ola islah. Yenə eybi yoxdu vallah deyəcəklər bu cavanlar, inananlar,
qocamanlar, ürəyi eþqə yananlar o qəzəldən nəyi anlar ki, vurur þillə üzünnən,
vay aman getdi özünnən, biri bəsdir, ə nə bəsdir?! Vuracaq xalq əvəzinnən.
Bəsdi qardaþ biri bəsdi, bu qədər vurma əbəsdi, yenə vur bir dənə vur ki,
sənə bəsdi çoxu nəsdi, bularýn əqli þikəsdi, bu inanc baðrýmý kəsdi,
bu nə eþqdi, nə həvəsdi? Ürəyim bulandý əsdi. Gözün aydýn ola þeytan!

Qan tərdədi nadan.
Üsyandadý insan.
Qýrx gün bu müsəlman,
Olsun sənə mehman.

Müəllif: Anar Əhəd
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.