Qəzəl - Şeytan sifət
Rəməl bəhri
FA’ilAtün FA’ilAtün FA’ilAtün FA’ilün
Et nihan peymanəni saqi gəlir þeytansifət,
Bir qədəh nuþ etmiþik qusdurmasýn heyvansifət.
Qorxma gəl görsən əgər zahirdə iblis xislətin,
Bir sözün duysan deyərsən sehrdən insansifət.
Xaliqin rəhmi geniþdir badə iç, nəfsin çəkir,
Et bu məclisdə günah, mehraba gir peþmansifət.
Bir günah etsən utansan boðsa gər vicdan, həya,
Üzdə saqqaldan hicab saxla, olar pünhan sifət.
Mən ki, dabbaðda gönündən haliyəm gəlmə kələk,
Xoþ kəlam, üç – beþ hədis etməz səni imansifət.
Gəl məzəmmət etmə mey əhlin, olar eþqə fəda,
Mə’nəviyyatdan uzaq insan olur hədyansifət.
Ey Anar, vaiz nə bilsin aləmin, eþqin qəmin,
Gördü dünya cənnətin göstərmədi dövran sifət.
Müəllif: Anar Əhəd
Sosyal Medyada Paylaşın:
Anar Əhəd Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.