MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

ÖLƏN ŞƏHƏRLƏRİN SÖYÜT AĞACI
Vahid Sabah

ÖLƏN ŞƏHƏRLƏRİN SÖYÜT AĞACI


***
(silsilə þeirlərdən)
*
Sən də öləcəksən,sən də bir axþam,
Bədava dumanda,çəndə bir axþam,
Mən də dönəcəyəm kəndə bu axþam,
Ayrýlýq aramýz təmiz qalacaq.
*
Bilmirəm ölürlər þəhərlər necə,
Bilmirəm ölürlər nə təhər,necə,
Sən də öləcəksən bir axþam,gecə,
Yanýnda o qoca dəniz qalacaq.
*
Bir qumru qonacaq ovuclarýna,
Dimdiyin banacaq ovuclarýna,
Əlin qapanacaq ovuclarýna,
Öpməyə bir solðun bəniz qalacaq...
*
Heç meyvə vermədin-söyüd aðacý,
Taleyin tarixə öyüd aðacý,
Aðac olacaqsan-meyid aðacý,
Səndən nə xatirə,nə iz qalacaq.
*<>*
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.