MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

GÖZƏL ALLAHIM(ilahi)
eflatun.kesheli

GÖZƏL ALLAHIM(ilahi)


Ululardan ulusan,
Həqiqətin yolusan,
Möcüzələr dolusan,
Sən ey gözəl Allahým.

Hər þeydən sən ucasan,
Bilmirik ki necəsən,
Qurandaký hecasan,
Sən ey gözəl Allahým.

Sənsən ümid-pənahým,
Sənsiz dilimdə ahým.
Əfv et, çoxdu günahým,
Sən ey gözəl Allahým.

Hər dərdə dərman səndə,
Məxluqat sənə bəndə,
Adýn hər þeydən öndə,
Sən ey gözəl Allahým.

Arzu-diləyimizsən,
Daim gərəyimizsən,
Canda ürəyimizsən,
Sən ey gözəl Allahým.

Hər iþdə hikmətin var,
Anlamaz səni əðyar.
Olansan bizlərə yar,
Sən ey gözəl Allahým.

Sənsiz olmaz karýmýz,
Sənsən dövlət-varýmýz.
Könlümüzdə nurumuz
Sənsən, gözəl Allahým.

Quran bizim yolumuz,
Nəðmə deyən dilimiz,
Eþqimiz, amalýmýz,
Sən ey gözəl Allahým.

Dilərik səndən imdad,
Söylərik zikir, əvrad.
Çəkdirmə bizə bir dad
Sən ey gözəl Allahým.

Bizlərə ver xoþ övqat,
Yaðdýr rəhmətin qat-qat,
Hissiz qəlbləri oyat,
Sən ey gözəl Allahým.

Əflatun sənə möhtac,
Gözlərimi haqqa aç,
Etmə bizi yalavac,
Sən ey gözəl Allahým.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.