MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

DEDILƏR
eflatun.kesheli

DEDILƏR


Aradým dost ellərini,
Axirəti qan dedilər.
Dedim dünya dostum haný?
Olubdu viran dedilər.

Dedim kimin dünya mülkü?
Sənə qalmaz axýr bil ki.
Dedim olsan bir mənimki,
Sevdadan usan dedilər.

Dedim eþqi çəkdim baþa,
Dedi onu verrəm qoþa.
Dedim yandým bu atəþə,
Bir də alýþ, yan dedilər.

Dedim məstəm həvəsindən,
Ümidim yox özgəsindən.
Ýlham aldým Haqq səsindən,
Bu eþqimə "can" dedilər.

Dedim varmý mənim kimi,
Oda düþə tənim kimi?
Çox olubdu sənin kimi
Bir belə büryan dedilər.

Mən gəzirəm düz ilqarý,
Tapammýram könül yarý.
Boylan üzü Haqqa sarý,
Doludu hər yan dedilər.

Əflatunam dilimdə Haqq,
Söyləmərəm sözü nahaq.
Dedim dərdə yoldaþ olaq,
Olarsan üryan dedilər.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.