MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

ÜMİD



Dünyanýn ən þirin hissidir
özünü aldatmaq.
Daha doðrusu ilk dəqiqələrdə þirindi,
sonrasý zəhərdi.
Bəzi dərmanlar kimi.
Hər gecə
yatarkən səhər oyanmaðýna inanaraq
özünü aldatmaq
beləcə yalanla yatmaq

hər səhər
baþýnýn üzərində asýlmýþ
bütöv Azərbaycanýn sənin olmasýna inanmaq,
beləcə gününü yalanla baþlamaq.
Cəzalandýrýlmýþ əraziləri azad etmək....
heç olmasa bir dəfə
bircə dəfə qəhrəmanlýq etməyinə,
qadaðalarý pozmaðýna inanmaq.
Məntiqsiz sözlərə, boþ vədlərə....
aldanmaq.
Yalanlarla qidalanmaq
beləcə hər gün, bir az da
zəhərlənmək,
bir az da özgələþmək....

... Yalandan
gözəl bir ümid biçmək.

ən ucuz qiymətə satmaq....
Beləcə ümidlə yaþamaq....


Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.