MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Məsnəvi
Anar Əhəd

Məsnəvi


Canýmýn parəsi oðlum, sənə var məsləhətim.
Əcəlim var gedəcəm mən qalacaq səltənətim.
Ona sahib çýxacaq tək oðulum tək sənsən,
Mənə nəslimdə mübarək oðulum tək sənsən.
Qədəmin dəydiyi gün taxtýna ellər sevinər,
Neçə cür namə gələr, baxtýna ellər sevinər.
Ýçi xain, çölü insan kimi yaltaq çoxalar,
Baþý boþ beþ para etməz dəli, axmaq çoxalar.
Belə insanlara üstün tərəfin elmindir,
Onlarýn hiyləsini dəf edəcək helmindir.
Nə xəyanət arasan bax elə xislətdə olar,
Qabaðýn kəsməyə güc dað kimi millətdə olar.
Millətin ruhunu yüksək elə, ruh nər gücüdür,
Nə qədər nər gücü var qollarý rəhbər gücüdür.
Qara millətdi deyib milləti yoxsul eləmə,
Bir qarýn əkmək üçün bəy qapýsýn qul eləmə.
Acý, qəm, qüssə, kədər insaný müdrik yaradar,
Xalqý müdrik eləmək rəhbəri əskik yaradar.
Hər zaman xalqa firavan yaþamaq imkaný ver,
Cəmi aləmdə olub görmədiyi dövraný ver.
Elmi təhsil ocagýn qur ki, kifayət eləsin,
O ocaqdan çýxacaqlar sənə xidmət eləsin.
Uca tutsun səni hər saniyə nikbin yaþasýn
Bir də Allah yolunu var elə ki, din yaþasýn.
Yaþasýn, çünki, sabah ölməyə insan tapasan,
Ýki nitqinlə vətən uðruna qurban tapasan.
Bu həyatdýr yazýlýb ta ki əzəldən belədir.
Heç giley eyləmiyin gah belədir, gah elədir.
Mən də þair kimi icad eliyib can qoyuram,
Burda həm rəhbərə, həm xalqýma ünvan qoyuram.
Rəhbərin ünvaný əlbət özünə bəlli olar,
Nədi þe’rimdəki söhbət özünə bəlli olar.
Məni fəhm eyləməyən millət içindən çýxacaq,
Anlayýb dərk eliyən hikmət içindən çýxacaq.
Mən Fizuli deyiləm farsca ərəbcən danýþým,
“Mələəl – aləmə nurən və sürurən” danýþým.
Nə fikir var, dilimin sadə sözünnən qururam.
Xalqa üst mərtəbənin baxma gözünnən qururam.
Yəni millət, ya özün taleyivün rəhbəri ol,
Ya da bir səltənətin kandarýnýn nokəri ol!

Müəllif: Anar Əhəd
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.