MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

DAHA SƏBİR NƏYƏ GƏRƏK?
eflatun.kesheli

DAHA SƏBİR NƏYƏ GƏRƏK?


Eþit xalqým, aç gözünü,
Daha səbir nəyə gərək?
Heç kimsədən bir ümid yox,
Daha səbir nəyə gərək?

Hamý aðlar gözündə yaþ,
Biz ki olduq yaman çaþ-baþ.
Yuxarýnýn qəlbi bir daþ,
Daha səbir nəyə gərək?

Bu dərd bizə bir yük oldu,
Baþý boþlar böyük oldu.
Yazýq millət döyük oldu,
Daha səbir nəyə gərək?

Dərdi verən yaman verib,
Nə fürsət, nə aman verib.
Heç bitməyən güman verib,
Daha səbir nəyə gərək?

Bu dərdimiz qədərdimi,
Qazancýmýz kədərdimi,
Hər iþimiz hədərdimi,
Daha səbir nəyə gərək?

Qalxmalý millət özü,
Üfləməli odu-közü.
Deməlidir ən son sözü,
Daha səbir nəyə gərək?

Əflatunam, yazým hara,
Ölkəmizin baðrý yara.
Necə gedək dərdlə gora,
Daha səbir nəyə gərək?
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.