ÜZDƏ GÖZƏLLİYİ ALLAH YARADIB
Birisi zahiri gözəlliyi ilə çox öyünürdü.
Ona cavabým bu þer oldu:
Üzdə gözəlliyi Allah yaradýb,
Çalýþ ürəyini gözəl edəsən.
Allah verdiliylə öyünmək deyil,
Onun haqq yolunda təmiz gedəsən.
Hər þeyi əmanət veribdir bizə,
Verdiyini bir gün geri alacaq.
Nə görüb, nə etsək biz özümüzə,
Yaxþýdan, yamandan əməl qalacaq.
Çox da uzun deyil ömrün yollarý,
Bir gün görəcəksən son gəlib daha.
Onda anlaþýlar iç gözəlliyi
Zahirdən necə də qiymətli, baha.
Zamaný gələndə diþlər tökülər,
Üzünü-gözünü qýrýþlar alar.
O gözəl üzündən, gözəl bədəndən
Zəif bir vücudun, bir kölgən qalar.
Əsil gözəl olan Allah özüdür,
Bizdə olanlar da onundur, onun.
Yetər ki, þükr edək verdiklərinə,
Ta ki, gözəl etsin hər ömrün sonun.
Sosyal Medyada Paylaşın:
eflatun.kesheli Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.