MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

OLARMI?
eflatun.kesheli

OLARMI?


Þair dostum Allahverdi Kərimoðlu Suleymanov
bir þerimə rəy yazarkən
"Vətən dərdini unutmaq olmur " dedi.
Bu þer o sözlərin təsirindən yarandý.

Kərimoðlu, vətən dərdi çətindi,
Bu yaraný heç unutmaq olarmý?
Vətənsizə o dünya da dar gələr,
Axirətdə rahat yatmaq olarmý?

Günahkarlar qoy çəksinlər əzabý,
Yazýq millət gətirməyir ta tabý.
Özümüzdə bu baltanýn hər sapý,
Cinayəti baþdan atmaq olarmý?

Pərən-pərən düþdü bütün elimiz,
Bir-birindən qara gəldi ilimiz.
Hey söyləyir " ana vətən " dilimiz,
Ananý da yada satmaq olarmý?

Bu yaraný kim yetirdi, bilirəm,
Hissə-hissə kim ötürdü, bilirəm,
Kim qazandý, kim itirdi, bilirəm,
Sərt günaha belə batmaq olarmý?

Ələ alýb intiqamýn daþýný,
Bir gün zaman tökdürəcək yaþýný.
Un yerinə insanlarýn baþýný,
Xəmir kimi, axý qatmaq olarmý?

Əflatunam, yox kimsəyə bir ərkim,
Tanrý olsun yaramýza qoy həkim.
Dünya bilir, səbəbkarý kimdi, kim,
Məlum þeyi gizli tutmaq olarmý?
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.