BU YERIN GEDƏNI SON BAHAR DÖNƏR
***
Gün qalxýr,
dizini dirəyib yerə,
Utanýr elə bil,üzü qýzarýr.
Qýzýl toz səpir o üfüqlərinə,
Bu yerin að çölü,düzü qýzarýr.
*
Bomboz bir havaný döþünə almýþ
Çapýr sabah yeli kəhərə minib.
Nə qədər xəyallar at üstündədir,
Nə qədər arzular yəhərə minib.
*
Soyuyur yanaðý həftənin,ayýn,
Soyuyur günlərin al dodaðýnda.
Təqvimlər fýþqýrýr ehtirasýný
Son bahar öpüþü kal dodaðýnda...
*
Hardadýr o səda,o nalə,o səs?
Ruhu həzin olan qulaq kəsilir.
Dilindən dolayý bəlkə bir çinar,
Sözündən dolayý qovaq kəsilir.
*
Çəkir duyðularý özünə sarý,
Daðlar bəyaz baþlý,gözü qürbətə.
Bir ana,sýzlayan ayrýlýqlara,
Dualar eyləyir üzü qürbətə...
*
Bu yerin gedəni son bahar dönər,
Xýnalar allanar gəlin əlində.
Bir gəlin nazlanar qucaða düþüb,
Saçlarý giriftar əlin əlində.
*
Göz qýrpýr sallanýb bir xəzan yenə,
Səmada að quþlar...
Güzar axtarýr.
Gizlənib gözündən sabah yelinin,
Bir xəzəl özünə məzar axtarýr...
Gün qalxýr dizini dirəyib yerə...
***
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.