SEYMUR SÖNMEZ
GECƏLƏR XƏLVƏTDƏ AĞLAYAN QADIN
SEYMUR SÖNMEZ

GECƏLƏR XƏLVƏTDƏ AĞLAYAN QADIN


GECƏLƏR XƏLVƏTDƏ AĞLAYAN QADIN




Saçları ağarıb çöhrəsi çöküb,
Qəddi əyilibdi,göz yaşı töküb,
Taleyin qəm ilə qatlayıb büküb,
Gecələr xəlvətdə ağlayan qadın.

Gözləri həsrətlə yollara baxar,
İntizar yandırıb qəlbini yaxar,
Hicran addım başı canını sıxar,
Gecələr xəlvətdə ağlayan qadın.

Gündüzü xoş keçməz,gecəsi zillət,
Tənhalıq yoldaşı,sükutu ülfət,
Şəkillərlə edər səmimi söhbət,
Gecələr xəlvətdə ağlayan qadın.

Aşkarda başqadır ,qəlbindən başqa,
Inanmaz dostluğa,inama,eşqə,
Seymur silə bilə göz yaşın keşkə,
Gecələr xəlvətdə ağlayan qadın.

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
02.05.2019

Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.