BU DÜNYADAN O DÜNYAYA GETMƏK VAR
Indi gülüb dövran sənin üzünə,
Söz deyilmir qaþýn altda gözünə,
Güvənirsən burda özün-özünə,
Elə bilmə dünya sənə olub yar,
Bu dünyadan o dünyaya getmək var.
Hələ dolan bu dünyada kef üstə,
Əzizləynən þirin caný, sən bəstə,
Vaxt olacaq, düþəcəkdi can xəstə,
Gün gələcək, çəkəcəksən ahu-zar,
Bu dünyadan o dünyaya getmək var.
Çox eylədin yalan-yanlýþ söhbəti,
Düþünmədin yaxþý-yaman heç qəti,
Hey danýþdýn orda-burda qeybəti,
Bəd əməldən eyləmədin sən ki ar,
Bu dünyadan o dünyaya getmək var.
Kim qalýbdýr bu dünyada əbədi,
Sənin sözün düz yanýnda heç nədi,
Þər danýþan þeytan olan kimsədi.
Öz-özünü nahaq yerə etmə xar,
Bu dünyadan o dünyaya getmək var.
Əflatunam, qoy məqsədim bilinsin,
Ýstəyirəm Haqq yoluna gəlinsin,
Tövbə eylə, günahlarýn silinsin.
Heç olmasa o dünyaný etmə dar,
Bu dünyadan o dünyaya getmək var.
31.03.2019.
Sosyal Medyada Paylaşın:
eflatun.kesheli Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.