ÇAYIRLAR VƏ İNSANLAR
***
***
Bəlkə insanlar da təbiət kimi,
Bəlkə təbiət də insanlar kimi.
Ýnsan sürüləri qoxuyar necə
Eləcə qoxuyar qaldýrsan çimi.
*
Qurdlar,qarýncalar,bitlər,birələr...
Gör çimin altýnda nə canlar yatýr.
Hər þapqa altýnda millətdi guya,
Aðlý sürüləþmiþ insanlar yatýr.
*
Bir sinək,bir insan.
Fərqli iki can,
Birinin qanadý,birinin beyni.
Biri vara qonur,biri þirəyə.
Formalar müxtəlif məzmunlar eyni...
*
Qədim baðçamýzda nə vaxtdan bəri
Kəsilib atýlmýþ nar þəli durur.
Altýndan cücərib qalxmýþ çayýrlar,
Necə təkəbbürlü,öfgəli durur.
*
Dayaqdý,arxadý çayýr-çəmənə
Quru budaqlarýn ara-bərəsi.
Bir þəlin atalýq qayðýsýna bax,
Nə þapqa,nə vergi,nə ev kirəsi.
*
Tutub ətəyindən þax budaqlarýn
Uzanýb böyümüþ,yekəlmiþ çayýr.
Toyuðun,cücənin gözündən iraq
Þəlin kölgəsində dikəlmiþ çayýr.
*
Bir addým o yanda həmincə çayýr
Yerdə sürünməkdən dizləri qançýr.
Qonþunun iti də almýr vecinə,
Üstünə baþýna eləyib qaçýr.
*
Nəyi var yazýðýn elə əynidir,
Siçanlar cibində eþələnirlər.
Toyuqlar baþýndan bir qappam alýr,
Cücələr dibində eþələnirlər.
*
Arxalý kopəklər deyir qurd basar,
Səni qurd-quþ yeyər arxan olmasa.
Bu dünya belədir,basýb keçərlər,
Arxandan,dalýndan qorxan olmasa.
*
Aðacýn yoxdursa kölgələnməyə,
Dayaðýn yoxdursa tutub durmaða,
Baþýnda þapqalýq biri yoxdursa,
Nə hacət ev tikib,eþik qurmaða.
*
Böyük insanlarýn böyük kölgəsi,
Böyük aðaclarýn böyük kölgəsi.
Özündən böyükdə kölgələnərək
Kölgələr böyüdür böyüyən kəsi.
*
Çayýrsan,çəmənsən,adamsan,itsən,
Ayaqda durmaða yiyən gərəkdir.
Gümüþdən qanadý at arzulama,
O atý sürməyə yüyən gərəkdir.
*
Qayðýya möhtacdý canlý və cansýz.
Ya çayýr,ya insan sürüsü olsun.
Nə fərqi adamdý,þaxdý-þəvəldi,
Təki qoruyacaq birisi olsun.
***
Sosyal Medyada Paylaşın:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.