MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Cənnət
Anar Əhəd

Cənnət


Dəftər vərəqin əl ilə bükmüþ kimi insan,
Yetdikdə o gün göy üzün Allah bükəcəkdir,
Yox þübhəsi vermiþ sözün Allah, bükəcəkdir.

Sonra yenə öz halýna təkrar salacaqdýr,
Məxluqlarý əvvəl necə xəlq etdisə Allah.
Varlýqlarý yoxluqluða qərq etdisə Allah.

Göydən yerə nazil nə kitab oldusa yazdýq,
Bilsin ki ibadətdə Mənə xalis olanlar,
Salehlərimizdir bu yerə varis olanlar.

Bu ayələri nəzm ilə misralara düzdüm,
Ey cənnəti mövcud bilən insan nə düþündün?
Tərpətdimi Qur’an səni, heç azca üþündün?
Ki, mujdəli cənnət hələ var etməyib Allah,
Yoxdur belə xilqət, hələ var etməyib Allah.
Sən zənn eliyirsən ki, bu yer yox olacaqdýr,
Allahsa deyir yer bizə ancaq qalacaqdýr.
Var et sora yox et, bu iþin anlamý varmý?
Tək anlamý nöqsan, o da Allahda olarmý?
Ibrahim olan surəyə qýrx səkkizə bir bax.
Yernən, göyü Allah dəyiþər, bax sözə bir bax!
Həm yer dəyiþər, həmdəki göylər deyir ayə.
Allah nəyi neylər, necə eylər deyir ayə.
Məhrum qalasan haq kitabýndan niyə insan?!
Əzdim özümü haq tapasan sən diyə insan!
Gəl düz yola əfsanəyə bənzərdən uzaq dur
Aldanma yalan sözlərə hər vaxtý oyaq dur.
Illər boyu lay-lay çalýb uydurma naðýllar,
Insan əlinin yazdýðý hər qurma naðýllar.
Yatdýn o naðýllarda yuxun çox dərin oldu,
Hər molla danýþdýqca sözün afərin oldu.
Məndən sənə haqqýn sözü etsin əsər artýq
Allah yetirən ne’mətə göstər dəyər artýq.
Bəsdir yetər artýq.
Et bir həzər artýq.
Haqqýn yolun Haqdan,
Al sən xəbər artýq.

Müəllif: Anar Əhəd

Ayələr ənbiya surəsinin 104, 105 ci ayələri
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.