MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

GÖZƏLDİR
eflatun.kesheli

GÖZƏLDİR


Soruþursan məndən bizim yerləri,
Bu tərəfin hər qarýþý gözəldir.
Dað-dərəsi gül-çiçəklər qoxuyur,
Həm baharý, həm də qýþý gözəldir.

Sehrlidir bülbüllərin þən səsi,
Heyran edir yaxýn-uzaq hər kəsi.
Bitmək bilməz qonaqlarýn həvəsi,
Meþələrin əlvan quþu gözəldir.

Addým atsan üzü bəri Qazaxdan,
Yay günündə üþüyərsən sazaxdan.
Að örpəyi göz oxþayýr uzaxdan,
Daðlarýmýn dümað baþý gözəldir.

Mehman olsan gözüm üstə yerin var.
Dost gəliþi bayram olar, toy olar.
Açar süfrə naz-nemətdən bəhrə-bar,
Analarýn plov, aþý gözəldir.

Bir dost kimi gəliþini öyərəm,
Dost yolunda qəm-kədəri döyərəm.
Fəxarətlə gen qol açýb deyərəm,
Əflatunun can sirdaþý gözəldir.
11.06.2018.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.