Vahid Sabah
SƏN İSTƏRSƏN GƏLƏRƏM
Vahid Sabah

SƏN İSTƏRSƏN GƏLƏRƏM


***
Toxum mən torpağım sən,
dən istəsən gələrəm.
Əlimdə yağım daşa
sən istəsən gələrəm.
"
Mən başına sadağa,
sadağa yox qadağa,
duraq dodaq dodağa
tən,istəsən gələrəm.
"
Bəzənib gərdən belə,
muncuqdan,zərdən belə,
keçərəm sərdən belə
mən,istəsən gələrəm.
"
Nə yakışır bax sənə,
mərmər sinə ağ sənə,
o məmələr dağ sənə,
çən istəsən gələrəm.
"
Suçun yox bu seçimdə...
Bu yaşda,bu biçimdə
qəbulunsa saçımda
dən,istəsən gələrəm.
""
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.