MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

NƏ BİLƏYDİM BƏSLƏDİYİM XAR İMİŞ...
eflatun.kesheli

NƏ BİLƏYDİM BƏSLƏDİYİM XAR İMİŞ...


Çox sevirdim mən dünyaný əzəldən,
Nə biləydim bəlalarý var imiþ.
Deyərdim ki dünya geniþ dünyadý,
Nə biləydim aqil baþa dar imiþ.

Sevgim məni yarý yolda əylədi,
Fikir-xəyal könlüm talan eylədi.
Ýndi bildim dünya elə belədi,
Nə biləydim möhnət mənə yar imiþ.

Səs verərdim mən hər səsə zil səslə,
Oxuyardým nəðmə isti nəfəslə.
Gül qönçəsi oxþayardým həvəslə,
Nə biləydim bəslədiyim xar imiþ.

Ay Əflatun, dərin salýb kök yaran,
Vücud deyil, kölgədir ki bu duran.
Düþünərdim qartallardý hayqýran,
Baþým üstə hey dolanan sar imiþ.
02.01.2018.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.