OYNASIN
Aþýq qardaþ, çal sazýný, dövr elə,
Könül cuþə gəlsin, əllər oynasýn.
Elə þövqə gətir sədəfli sazý,
Mizrabýn altýnda tellər oynasýn.
Səsin elə gəlsin, qəlbim oyansýn,
Ruhum da təzə bir rəngə boyansýn.
Elə nəðmə oxu, dil havalansýn,
Bülbüllər sevinsin, güllər oynasýn.
Bəzə bu məclisi telli sazýnla,
Yeni nəðmə söylə xoþ avazýnla.
Dünya təzələnsin bahar, yazýnla,
Yurdum fərəhlənsin, ellər oynasýn.
Sazýn-sözün məskənidir bu yurdum,
Hər oðulu bir qoþunum, bir ordum.
Əflatunam, toy þənliyi mən qurdum,
Qoy "Mübarək" deyən dillər oynasýn.
30.11.2017.
Sosyal Medyada Paylaşın:
eflatun.kesheli Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.