MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

YÜREĞİ TAŞ OLMAZ TOPRAK ADAMIN
Vahid Sabah

YÜREĞİ TAŞ OLMAZ TOPRAK ADAMIN


***
Mən hələ özümdən kənar gəzirəm,
Mən hələ özümə qayýtmamýþam.
Qoyduðum papaðý asdýðým yerə,
Verdiðim sözümə qayýtmamýþam.
*
Çox oyun oynadý dilim baþýma,
Hələ o dilimlə,baþýmlayam mən.
Anam deyərdi ki,daþ ayaqlýyam,
Elə o ayaðým,daþýmlayam mən.
*
Hələ məclislərdə deyilmir sözüm,
Hələ þərafətim,saðlýðým durur.
Elə o adamam-sadəlöhv adam,
Durur əfəlliyim,vaðlýðým durur.
*
Pasna basdýraný söyərdi,indi
Qoruqçu saxlayýb dədəm yurduna.
Elə çirginmiþəm qayðýlarýndan,
Ürəyim atlanmýr gedəm yurduna.
*
Verdim öz əlimlə qazandýðýmý,
Qalandý içimdə tonqala yerim.
Ha çalýr qollarým, öhdedəmmirəm,
Qalýb gicitgənə,qanqala yerim.
*
Çuðullar,þeytanlar kolbaþý,burda
Namərd ayaðýyla mərd ayaqlanýr.
Köyün içindəki o yollar ki,var
Yüz yerdən üstümə dərd ayaqlanýr.
*
Dörd fəsil tarixin günahý belə,
Baþýna tökülür yarpaq adamýn.
Yalandýr torpaqdan yarandýðýmýz,
Ürəyi daþ olmaz torpaq adamýn.
***
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.