... Bir tabutu da yola saldýq, geri dönməyənlərin getdiyi yerə... üç çocuq buraxdý Tanrýya əmanət, babasý da ölürkən Tanrýya əmanət demiþdi onu, amma olmadý. Tanrý əmanət saxlamaz ký! Üç çocuq qaldý bir ana umuduna... Onunsa bir cüt dən düþmüþ hörükləri, bir cüt inəyi, və öddaþýndan qeyri bir də umudsuzluðu vardý... Çiskin yaðmur düþürdü ölünün süslənməmiþ xalýsýna və qapý önündə ayaqsýz qalmýþ köhnə qaloþlarýna. Tabutdan ötə səflərə yaðýrdý, onlarýn dualarýna, hüznlərinə,aðularýna, paslý darvazanýn son dəfə tutduðu dəstəyinə yaðirdý... Əsl ölü yaðmuruydu bu çiskin. Yaðýrdý... Gözlərdə yaþ vardý, hər kəs özünü aðlayýrdý tabut önündə, içinə aðlayýrdý hər kəs... Təkcə kiçicik qýz çocuðu aðlamýrdý, ölünün çocuðu, ölümün özünü hələ anlatmadýðý o məsum yavru. Babasýz zor olurmuþ, bir gün anlayacaqsan. Əmin cehiz taxtýný, dayýn taxta-tuxtananý alanda anlayacaqsan, səni lampanýn baþýna fýrladacaq kimsə olmayanda anlayacaqsan, babasýzlýðý və ölümü anlayacaqsan! Və xatýrlayacaqsan ki... o gün çiskin yaðýrdý. Deyirlər hələ üç gün yaðacaq... ...
Sosyal Medyada Paylaşın:
Vahid Sabah Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.