MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

Qəzəl - Yerinə
Anar Əhəd

Qəzəl - Yerinə


Müctəs bəhri
MəfA’ilün fə’ilAtün məfA’ilün fə’ilün

Seçibdi cənnəti zahid məhəbbətin yerinə,
Tutub gözün o gözəllik səadətin yerinə.

Deyin o zahidə eþqin ürəkdə yoxsa əgər,
Onu görüm buraxan kimdi cənnətin yerinə

Nə inki cənnəti, cənnət diyarý ölkəmi mən,
Yasaqlaram ona olsam bu dövlətin yerinə.

Amandý ayə deyərsən düþər qotur dilüvə,
Danýþ hədislə rəvayətdən ayətin yerinə.

Əgər ürək meyilin salsa zahidin sözünə,
Islamda firqə gəzərsən hidayətin yerinə.

O zahidin iþi məzhəb kitablarýn aramaq,
Və fitnəkarlýq edər dində vəhdətin yerinə.

Anar, nədən belə islam bölündü firqələrə?
Düþün və tap, nəyi qoyduq əmanətin yerinə.

Müəllif: Anar Əhəd
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.