Molla zavod
Gel oruc tutki, ürək iblisə mail eləməz.
Orucun þərtləri var, kim bilə zail eləməz.
Bunu bil cinsi yaxýnlýq onu hasil eləməz.
Gel ki, sünnət yerini keçməsə batil eləməz.
Nədi, nolub ki? Müqəllid buna heç dil eləməz.
Nə gülürsən.? bu Ýran mollasýnýn təfsiridir.
Açýlan molla zavod firmasýnýn təfsiridir.
-Bu nə arvad, de, oðuldur, ya xoruzdur, ya fərə?
Böyüdüb bəslədiyim ad – sanýmý vurdu yerə.
- Kiþi! Var çarəsi gəl düþmə qəti qəm kədərə.
Dəyiþək cinsini arvad eliyək getsin ərə.
O imam naibidə hökmünü vermiþ bəþərə.
Nə gülürsən.? bu Ýran mollasýnýn təfsiridir.
Açýlan molla zavod firmasýnýn təfsiridir.
Kimə zahirdə əcaib gələ fətva dəyəri,
O adam þərhinə çün hali deyil, yox xəbəri.
Baxýram þərhinə fətva sayýlýrmýþ nəzəri.
Gəl əməlnən o haramdýr, qadaðan müxtəsəri.
Onu kim etsə sapýðdýr, sapýðýn beþ betəri.
Nə gülürsən.? bu Ýran mollasýnýn təfsiridir.
Açýlan molla zavod firmasýnýn təfsiridir.
Dəstəmaz almaðý öyrətmək üçün molla papaq,
Bir kitab çap eliyib, səyfəsi var üç yüz varaq.
Onu cahil oxusa əlbət olar dindən uzaq.
Baþ tutub qaçmalýdýr, eyləmədən zərrə maraq.
Cəmi bir ayədə* aydýn eliyir þərhini Haq.
Nə gülürsən.? bu Ýran mollasýnýn təfsiridir.
Açýlan molla zavod firmasýnýn təfsiridir.
De Anar de, belə haqsýzlýðý heç örtmək olar?
Süd əmər körpə uþaqnan nələri etmək olar.
Kəbinin varsa əgər o körpəyə sürtmək olar.
Tövbə Allah, bu nədi? Sürtmək olar, dürtmək olar.
Belə dinnən, þəriyətnən haracan getmək olar?
Nə gülürsən bu Ýran mollasýnýn təfsiridir,
Açýlan molla zavod firmasýnýn təfsiridir
* - Maidə surəsi ayə 6
Müəllif: Anar Əhəd
Sosyal Medyada Paylaşın:
Anar Əhəd Åžiirleri
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.