GƏL BARIŞAQ...
Bircə anım,günüm sənsiz olmasın,
Baxçamızda güllər vaxtsız solmasın, Sözlərimiz qoy ürəkdə qalmasın. Deyək,gülək, hey danışaq,sevgilim, Küsmüsənsə gəl barışaq,sevgilim. Mən əlimi,inan,səndən üzmərəm, Sən bezsən də,mən sevgidən bezmərəm, O yerləri bir də sənsiz gəzmərəm. O yerləri bir dolaşaq, sevgilim, Küsmüsənsə gəl barışaq, sevgilim. Vurulmuşam səndəki şux camala, Gözüm düşüb yanağında cüt xala. Həsrət itsin,biz yetişək vüsala, Gec də olsa gəl qovuşaq, sevgilim, Küsmüsənsə gəl barışaq,sevgilim. Gəl unudaq qəm-kədəri,ələmi, Birgə gəzək,bir dolanaq aləmi. Biz ömürlük olaq könül həmdəmi, Sevgimizə nəğmə qoşaq, sevgilim, Küsmüsənsə gəl barışaq,sevgilim. Unutmaram ömür boyu mən səni, İnan mənə,ver əlimə əlini. Qarşımıza çıxan bəndi, bərəni Bir dəf edək,birgə aşaq,sevgilim, Küsmüsənsə gəl barışaq,sevgilim. |