Nəymiş ay Allah yuxular?
Nəymiş ay Allah yuxular?
Gah acıdır, gah ağladır, Gah dalayır, gah dağladır, Baxt açdırır, baxt bağladır, Nəymiş ay Allah yuxular? Gah güldürər, gah öldürər, Gah yandırar, gah söndürər, Gah qaldırar, gah endirər, Nəymiş ay Allah yuxular? Şirin dillərlə dindirər, Hörmət, urvata mindirər, Hərdənbir də sevindirər, Nəymiş ay Allah yuxular? Hərdən qənşərə quş qonar, Gələr sevdama tuş qonar, Eynən beynimə huş qonar, Nəymiş ay Allah yuxular? Yuxu görsəm, söz ələnər, Kül – kömürdə köz ələnər, Duman, çiskin çözələnər, Nəymiş ay Allah yuxular? Yuxum dən–dən, mələklər də, Ərş üzündə fələklər də, Xəlbirləyər, ələklər də, Nəymiş ay Allah yuxular? Gah ömürü illə çəkər, Hərdən çimdik, çillə çəkər, Fikirləri fillə çəkər, Nəymiş ay Allah yuxular? Yuxular var, yozulmaz da, İzi – tozu pozulmaz da, Doğrular da, doğrulmaz da, Nəymiş ay Allah yuxular? Hüseyn, yuxun çin–çin olar, Göylərdə göyərçin olar, Göz alladan, çimir olar, Nəymiş ay Allah yuxular? ~~~~~~~~~~~~~~~~~~~~ 07.10.2012-ci il |
Aşktan yana, ne karadır bu bahtım
Hangi yâre, gönül versem el oldu.
Nazarmıdır, üstümdeki bilmemki
Saç ağardı, garip ömrüm yel oldu.
Rast gelmedim şu gönlümde durana,
Beni benden alıp içten sarana,
Vefasıza göz koymuşum vurana
Pare pare gözyaşlarım sel oldu.
Niyeti yok bu kaderin güldürmez,
Yaralarda acı verir öldürmez,
Bir köşede can çekişsem aldırmaz
Yol yarıdır tam otuz beş yıl oldu.
Ben böyleyim aklım erdi ereli,
Kabuk tutmaz sinem aşktan bereli,
Ne sıcaktır şefkâtli bir yâr eli,
Ümitlerim söz eylemez dil oldu.
Aşktan mahrum öleceğim korkarım,
Yağsız çıra kor alevsiz kül harım,
Bir su gibi akıp giden baharım
Dal yeşermez çiçek açmaz çöl oldu.
Bu dilberler neden böyle hep zalim,
Mutluluğu tatmak idi hâyalim,
Günden güne sararıyor cemalim,
Yaprak yaprak dökülen bir gül oldu.
Şair:İsmail Kurt
07.10.2012
Yuxun xeyir olsun gardaş çox gözel yazıpsan
Çox gözel yazıpsan ürexine sağlık
Axşamın xeyir